“Bank Respublika”nın faiz gəlirləri artıb, qeyri-faiz gəlirləri azalıb
“Bank Respublika”nın xarici valyutadan gəliri 6 milyon 339 min manat təşkil edib.
Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 18,5% və ya 1 milyon 447 min manat azdır.
Məlumata görə, bankın xarici valyutadan gəliri 2023-cü ilin 9 ayında 7 milyon 786 min manat təşkil edib.
“Bank Respublika”nın bu ilin 9 ayında faiz gəlirlərinin həcmi 25,2% və ya 34 milyon 838 min manat artaraq 172 milyon 618 min manat təşkil edib. “Bank Respublika”nın 2023-cü ilin 9 ayında faiz gəlirlərinin həcmi 137 milyon 780 min manat təşkil edib.
Bankın qeyri-faiz gəlirlərinin həcmi 1,2% və ya 366 min manat azalaraq 28 milyon 109 min manat təşkil edib. 2023-cü ilin 9 ayında bankın qeyri-faiz gəlirlərinin həcmi 28 milyon 475 min manat təşkil edib.
Bununla yanaşı, bankın alınan haqq və komissiyalardan gəliri 1 milyon 82 min manat və ya 5,2% artaraq 21 milyon 770 min manata çatıb. Ötən ilin eyni dövründə “Bank Respublika”nın alınan haqq və kommisiyalardan gəliri 20 milyon 688 min manat olub.
Xatırladaq ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 73,961 milyon manatdır. Bankın səhmlərinin 67,45%-i Natiq Quliyevə (Müşahidə Şurasının üzvü), 15,06%-i Elçin Quliyevə (Müşahidə Şurasının üzvü), 7,42%-i Namiq Quliyevə, 5,45%-i Şakir Rəhimova (Müşahidə Şurasının sədri), 4,25%-i Almaniyanın "Sparkassen International Development Trust" şirkətinə, 0,08%-i isə adları açıqlanmayan fiziki və hüquqi şəxslərə məxsusdur.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay