Ötən ay ən çox şikayət olunan banklar - TOP 5
Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ilin oktyabr ayı üzrə bank müştərilərinin bank xidmətlərindən istifadəsi ilə bağlı şikayət indeksini açıqlayıb.
Valyuta.az xəbər verir ki, ötən ay ən çox şikayət olunan bank "Bank Avrasiya" ASC olub. Daha sonra "Bank of Baku" ASC və "Yelo Bank" ASC siyahıda ikinci və üçüncü yerləri tutub.
Şikayətlərin əksəriyyəti zəif xidmət keyfiyyəti və texniki problemlərlə bağlı olub.
Müştərilər əsasən mobil tətbiqetmələrdəki xətalardan narazı qalıblar.
Kredit gecikmələri və şəffaf olmayan şərtlər də müştəri narazılığını artırıb.
Azərbaycan Mərkəzi Bankının təqdim etdiyi bu statistika bankların müştəri xidmətlərindəki zəif nöqtələri aşkarlamağa və xidmət keyfiyyətini artırmaq üçün tədbirlər görməyə imkan yaradır.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay