BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
32047

“PAŞA Bank”ın Gürcüstan törəməsi “PAŞA Bank Georgia” bu ilk yarısı üzrə audit olunmuş maliyyə hesabatını açıqlayıb. 

Valyuta.az xəbər verir ki, bank ilin ilk yarısını 2,5 milyon lari (1,6 milyon manat) xalis zərərlə başa vurub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 2,7 dəfə azdır. Bank 2022-ci ilin ilk yarısı üzrə 6,5 milyon lari xalis zərər açıqlamışdı. 

Hesabata görə, bank bu ilin ilk altı ayında 26,6 milyon lari faiz gəliri əldə edib ki, bu da bir il əvvələ nisbətən 36,1% çoxdur. Bankın faiz xərcləri isə bu dövrdə 9,8 milyon lari (bir il əvvələ nisbətən 19,2% çox) təşkil edib. Faiz gəlirlərinin mütləq ifadədə faiz xərclərindən daha çox artması xalis faiz gəlirlərini 73,2% artıraraq 11,9 milyon lariyə çatdırıb.

Bankın qeyri-faiz gəlirləri isə ötən ilin eyni dövrünə nisbətən 53,3% artaraq 5,4 milyon lariyə çatıb. İşçi xərclərinin artması ümumilikdə bankın qeyri-faiz xərclərini 17,3% artırıb və 19,8 milyon lariyə yüksəldib. Bu isə bankı növbəti dəfə əməliyyat zərəri etməsinə təsir edib. 

Başqa sözlə, bank yarımili 2,5 milyon lari əməliyyat zərəri (xalis zərəri ilə eyni həcmdə) ilə bitirib. 

“PAŞA Bank”ın Gürcüstan törəməsi həmçinin, yerli bazarda rəqabətə də davam gətirə bilmir. Belə ki, törəmə bank ilin əvvəlinə nisbətən 2,5% kiçilib. Bu il iyulun 1-nə bankın aktivləri 12,7 milyon lari azalaraq 505,7 milyon lariyə enib. Bankın kredit portfeli isə (müştərilər verilmiş kreditlər) 28,3 milyon lari azalaraq 322,5 milyon lariyə enib. Bankın öhdəlikləri də 2,5% azalaraq 405,4 milyon lariyə bərabər olub.
 
 “PAŞA Bank Georgia”nın bölüşdürülməmiş zərərinin ilin əvvəlindəki 27,3 milyon laridən 2023-cü ilin ilk yarısında 29,8 milyon lariyə qədər artması onun cəmi kapitalını “yeyib”. Bankın cəmi kapitalı ilin əvvəlindən 2,4% azalaraq 100,3 milyon lariyə düşüb.  

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının avqustun 28-nə olan rəsmi məzənnəsinə əsasən 1 lari 0.6480 manat təşkil edir. 

Mahir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Məşhur iş adamlarından qızıl kimi 5 tövsiyə

Bitcoin və Etherium yenidən ucuzlaşıb - Kriptovalyutaların qiymətləri

Yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 7,3 milyard manatdan çox olub

ADY-nin qatarları ilə səfər edənlərin sayı 22 %-ə yaxın artıb

Mayın 9-da Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək

Yaxın aylarda Şuşa "DOST" mərkəzi istifadəyə veriləcək

Neft Fondu bu investisiyalardan 5 milyard dollar qazanıb (SİYAHI)

Məşhur yerli kosmetika şirkəti kapitalını azaldır

Zaqataladakı dönərxananın sahibi danışdı, problemin səbəbini açıqladı (VİDEO)

Türkiyənin ən böyük ailə şirkətinin qurucusunun uğur hekayəsi

Azərbaycanlı jurnalist Harvardın məzunu oldu (FOTO)

Azərbaycanlı jurnalist Harvardın məzunu oldu (FOTO)

Bağlanan şərab zavodu açılır?

Həcc ziyarərinə gedən bu şəxslər cərimələnəcək

Azərbaycanda lombarda 1 milyon manat investisiya qoyulub

Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb, Kəlbəcərə dolu düşüb

Türk lirəsi bahalaşdı - Məzənnə

Azərbaycanda bu ilin birinci rübündə gündəlik neft hasilatı göstəricisi açıqlanıb

Bu ərazilərdə qaz olmayacaq

Azərbaycan nefti ucuzlaşdı

Dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

Avtomobil ehtiyat hissələrinin bahalaşması fonunda usta qiymətləri ucuzlaşıb - Araşdırma - Video

Maradonanın “Qızıl top”u hərraca çıxarılıb

Dünyanın ən varlı insanları hansı şəhərlərdə yaşayırlar? - Siyahı

Bu gün bu ərazilərdə qaz olmayacaq

Onlar 40 il əvvəl Azərbaycanda təhsil alıblar (FOTO)

Bazarlarda soğanın qiyməti ucuzlaşdı– Fermerlər narazıdır + Video

Ermənistan-Azərbaycan sərhədində zəlzələ olub

Ermənistan-Azərbaycan sərhədində zəlzələ olub

Günəşdə 10 güclü alışma baş verib

Kakaonun qiymətindəki kəskin ucuzlaşmanın səbəbi nədir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin