Bank
17.03.2022 / 20:38
Azərbaycana ən çox hansı ölkələrdən pul göndərilir? - RƏQƏMLƏR
20711
2021-ci ildə fiziki şəxslər tərəfindən Azərbaycana göndərilən pul baratlarının məbləği açıqlanıb.
Valyuta.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən il ölkəmizə 1,133 milyard dollar dəyərində pul göndərilib.
Göndərilən pulun 55 faizi, yəni 623 milyon dolları Rusiyadan yollanıb. Rusiyadan pul köçürülməsi 17 milyon dollar artıb.
Türkiyədən ölkəmizə 108 milyon dollar məbləğində pul göndərilib. Ötən il "qardaş ölkə”dən göndərilən pulun məbləği 31,4 milyon dollar artıb.
Bu iki ölkədən başqa ABŞ-dan 72,5 milyon dollar, Birləşmiş Krallıqdan 36,8 milyon dollar, Qazaxıstandan 35,37 milyon dollar, Ukraynadan 30 milyon dollar pul baratı Azərbaycana daxil olub.
Qeyd edək ki, bu məbləğə kapital xarakterli əməliyyatlar daxil deyil.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay