BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
20153

“Milli valyutanın öz nominalından artıq qiymətə satışa çıxarılması qanunvericiliklə qadağan deyil”.

Bu barədə Oxu.Az-ın sorğusuna əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankından (AMB) məlumat verilib.

Ötən gün sosial mediada A10001001 seriyalı 10 manatlıq əsginasın 100 manata satışa çıxarılması ilə bağlı məsələyə AMB-dən aydınlıq gətirilib.

Bildirilib ki, mövcud qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının pul vahidi manatdır və Mərkəzi Bankın buraxdığı pul nişanları, o cümlədən yubiley və xatirə pul nişanları respublikanın bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilməlidir:

“Mülki Məcəlləyə görə pullar da əşyadır. Mülki dövriyyədən çıxarılan və ya dövriyyəsi məhdudlaşdırılan (dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən) əşyalar istisna olmaqla, əşyanın mülkiyyətçisi onu sərbəst surətdə özgəninkiləşdirə, yəni sata, dəyişdirə və ya digər üsulla müqəddəratını təyin edə bilər. Odur ki, milli valyutanın öz nominalından artıq qiymətə satışa çıxarılması qanunvericiliklə qadağan deyildir”.

“Əgər milli valyuta öz nominalından yüksək qiymətə satışa çıxarıla bilərsə, xarici valyutalar üzrə proses necə tənzimlənir?” sualına da AMB-dən cavab verilib.

“O ki qaldı Azərbaycan Respublikasında xarici valyutaların nominal dəyərindən artıq qiymətə satılmasına bildiririk ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ölkədə valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək hüququna yalnız maliyyə bazarlarına nəzarət orqanından “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya almış yerli banklar, xarici bankların yerli filialları, “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya almış poçt rabitəsinin milli operatoru və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər malikdirlər. Valyuta mübadiləsi fəaliyyəti isə məhz Azərbaycan Respublikasında xarici valyutanın qanunla müəyyən edilmiş qaydada alınması, satılması və dəyişdirilməsi əməliyyatıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Universitetlərə attestatla qəbul olacaq? - DİM sədri

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib? -

Üç ayda 3 min ton çay istehsal olunub

“Samsung”un “Apple”a mükəmməl cavabı çox gecikmədi - VİDEO

Çində turistlərin kosmosa uçuşlarının başlama tarixi məlum oldu

Honq Konq rəqəmsal yuanı sınaqdan keçirməyə başlayır

Baş prokurorun keçmiş müavini dövlət qurumunu məhkəməyə verdi - Pensiya qalmaqalı

Borrel: Avropa iqtisadiyyatı Çinlə rəqabətə tab gətirə bilməz

Azərbaycanda vergi forumu keçiriləcək

Azərbaycanda vergi forumu keçiriləcək

Yeni açılan iş yerlərinin 80 faizi Bakıdadır - Statistika

ABŞ daxili bazardan 3,4 milyard dollar dəyərində uran alacaq

Unistream ödəniş sistemi Gürcüstana köçürmələri bərpa etdi

"Həyat-Müayinə, Məsləhət Və Müalicə Mərkəzi" cərimələnib

Məşhur tikinti şirkətinin 5 milyon borcu var - Rəhbərinə "stop" qoyuldu

Çində istehlak aktivliyi sürətlə yavaşlayır

Bakıda əmək yarmarkaları keçiriləcək

Finlandiya ruslara ölkədə daşınmaz əmlak almağı qadağan edəcək

Modern Hospital cərimələnə bilər

Məşhur sahibkar cərimələnir

Əfqanıstan Rusiyadan daimi neft məhsulları alışına qayıtmaq istəyir

Prezidentlər Füzuli və Şuşaya səfər edib (YENİLƏNİB)

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

“İrşad Elektroniks” gömrük qaydalarını pozub?

"Bizim Bala Tədris Mərkəzi"nə protokol tərtib olundu

“Kapital Bank” dələduzların 90-dan çox web-saytını, 800-dən çox sosial şəbəkə hesabını bağlatdırıb

Bakıda 4-cü və 5-ci “DİM Dialoqu” keçiriləcək

Rusiyada gözlənilməz şaxtalar fonunda taxıl xeyli bahalaşdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin