Avto
17.01.2025 / 09:10
Yeni "Aston Martin" avtomobillərində problem aşkarlandı
63334
"Aston Martin" ABŞ-də 1452, digər bazarlarda isə 120-dən çox avtomobilini geri çağıracaq.
2024 və 2025-ci il istehsalı olan üç "Aston Martin" modelində arxa görüntü kamerasında problem aşkar edilib. Bu problem görüntünün düzgün göstərilməsinə mane ola bilər.
Bəzi hallarda problemi yalnız proqram təminatını yeniləməklə həll etmək mümkün olmur.
Geri çağırılma 2024-cü ilin mart ayından etibarən istehsal edilmiş "DB12", "DBX707" və "Vantage" modellərinə aiddir. Sentyabrdan əvvəl zavoddan çıxan superkarlarda və krossoverlərdə bu problemi rəsmi servis mərkəzində proqramın yeniləməsi ilə aradan qaldırmaq mümkündür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay