Çinin elektromobil bazarındakı hegemonluğu
Çində elektromobillər getdikcə daha texnoloji, əlçatan və güclü olur.
Valyuta.Az xəbər verir ki, "Beynəlxalq Enerji Agentliyi"nin ("BEA") məlumatına görə, 2024-cü ilin birinci yarısında dünya elektromobil bazarının artımının təxminən 80%-i Çinin payına düşüb.
2023-cü ilin ilk yarısında Çində 3 milyondan çox elektromobil satılıbsa, 2024-cü ilin eyni dövründə bu göstərici 4 milyondan çox olub.
Çinin üstün mövqeyinə baxmayaraq, digər bazarlarda da artım müşahidə edilib. Çin xaricində elektromobil satışları 10%-dən çox artıb. Ən böyük artım Braziliya, İndoneziya, Meksika, eləcə də Yaxın Şərq və Xəzər dənizi bölgəsində qeydə alınıb.
Çində satışların artması əsasən elektromobillərin artırılmış yürüş məsafəsinə malik modellərinin populyarlaşması ilə əlaqədardır. Bu modellər 80 km standart məsafə əvəzinə 130 km məsafə qət edə bilir.
"BEA"nın proqnozuna görə, 2024-cü ilin sonunda elektromobillərin dünya avtomobil parkında payı 5%-ə çatacaq.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay