117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq
2025-ci ildə Mayami şəhərində keçiriləcək avtomobil hərracında 1907-ci ildə xüsusi olaraq yarış məqsədilə istehsal edilmiş "Itala 120 HP" idman avtomobili satışa çıxarılacaq.
Valyuta.az xəbər verir ki, bu barədə "RM Sotheby's" hərrac şirkəti öz saytında məlumat yayıb.
Bu nadir maşın avtomobil istehsalının başlanğıc dövrlərindən qalan ən əhəmiyyətli nümunələrdən biri hesab edilir.
"Itala 120 HP" modeli 1907-ci ildəki Pekin-Paris yarışları üçün hazırlanıb. O dövr üçün son dərəcə güclü mühərriklə təchiz olunmuş bu avtomobil, həm sürət, həm də dözümlülüyü ilə seçilir. Model avtomobil yarışı tarixində inqilabi bir yerə sahibdir və mühəndislik baxımından əsl şah əsər sayılır.
Bu avtomobilin satışa çıxarılması, həm avtomobil kolleksiyaçıları, həm də tarix həvəskarları üçün əlamətdar bir hadisə olacaq. "Itala 120 HP"in qiymətinin milyonlarla dollar dəyərində olacağı gözlənilir, çünki belə tarixi modellər son dərəcə nadir tapılır.
Sportkar 15 litrdən çox həcmi və 120 at gücünə malik mühərriklə təchiz edilib. Hərrac evinin əməkdaşları qeyd edirlər ki, hazırda bu avtomobillərdən cəmi ikisi qalıb və hərracın qiyməti 2-3 milyon dollar olacaq.
Bildirilir ki, bu xüsusi idman avtomobil modeli buraxıldıqdan sonra ilk illərdə bəzi Avropa avtoyarışlarında iştirak edib, lakin avtomobilin tarixi yalnız 1916-cı ildə sənədləşdirilməyə başlayıb.
Sportkar Britaniya sürət rekordçusu Henri Seaqrave məxsus olub və 1965-ci ildə İndianapolis Muzeyinin kolleksiyasının bir hissəsinə çevrilib. Burada avtomobil bərpa edilərək ilkin görünüşünə qaytarılıb. Avtomobilin 117 yaşı olmasına və 20-ci əsrin əvvəllərindən aktiv şəkildə istifadə olunmasına baxmayaraq, hələ də orijinal mühərrik, dörd pilləli sürətlər qutusu, şassi və bir sıra digər komponentlər var.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay