Azərbaycanda utilizasiyaya veriləcək maşınlara görə birdəfəlik ödəniş məbləğləri nə qədər olacaq?
Azərbaycanda utilizasiyaya verilən nəqliyyat vasitələri üzrə birdəfəlik ödəniş məbləğləri nəqliyyat vasitələrinin kateqoriyası üzrə dəyişəcək.
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Təmiz Şəhər” ASC-nin Hüquq şöbəsinin müdir müavini Mirzə Laçınov bildirib.
“Burada beynəlxalq kateqoriyaları nəzərə almışıq. Məsələn, M-1 və başqa kənd təsərrüfatı üzrə istifadə olunan nəqliyyat vasitələri və digər texnoloji nəqliyyat vasitələri kateqoriyalar üzrə fərqləndirilir. Burada məbləğlər ən aşağı A və A-1 kateqoriyaları üzrə 200 manatdan, ümumi minik avtomobilləri üçün 1 500 manatdan, digər həcmi böyük yük avtomobilləri və digərləri üçün isə maksimum 3 min manatdan nəzərdə tutulur.
Lakin biz daha çox nəqliyyat parkının yenilənməsinə üstünlük verdiyimizə görə hesab edirik ki, birdəfəlik ödəniş məbləği endirim məbləğindən aşağı olmalıdır. Biz birdəfəlik ödəniş məbləğini həmin güzəşt məbləğinin 50%-i qədər planlaşdırırıq”, - deyə M.Laçınov bildirib. //Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay