BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
8247

Azərbaycanda “Al Sharah” Məhdud Məsuliyyətli Cəmiyyət dövlət qeydiyyatına alınıb.

Yeni yaranan şirkətin nizamnamı kapitalı 100 dollar təşkil edir. MMC-nin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Memar Əcəmi ev.18, döngə 2-də yerləşir. “Al Sharah” MMC-nin qanuni təmsilçisi Hacızadə Günel Tağı qızıdır.  

Məlumat üçün bildirək ki, bir il əvvəl – 09.01.2020-ci il tarixində Xırdalan şəhəri, Memar Əcəmi ev.18, döngə 2 ünvanında nizamnamı kapitalı 595 000 dollar olan “Salem Al Shuaıbı” MMC adlı daha bir şirkət qeydiyyata alınıb. Qeydiyyata alınan zaman bu şirkətin də qanuni təmsilçisi Hacızadə Günel Tağı qızı olub. Daha sonra MMC-yə Hamdan Al Shaıbı Salem Hamad Naser rəhbərlik edib. 

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) “Salem Al Shuaıbı” adlı böyük bir şirkət fəaliyyət göstərir. Bu şirkət  əsasən, qiymətli daş-qaş və zinət əşyalarının satışı və istehsalı ilə məşğul olur. Şirkətin müştəriləri arasında ərəb dövlətlərinin varlı şəxsləri yer alır. Eyni zamanda BƏƏ-nin Dubay şəhərində “Al Sharah” adlı restoranlar şəbəkəsi fəaliyyət göstərir. Bu restoran Dubayda dəniz məhsullarının hazırlanması ilə məşhurdur. 

Onu da bildirək ki, 17.04.2018-ci il tarixində Xırdalan şəhəri, Memar Əcəmi ev.18, döngə 2 ünvanında daha bir şirkət – “İbrahim Alzaabi” MMC dövlət qeydiyyatına alınıb. Bu MMC-nin nizamnamı kapitalı 91 000 dollar təşkil edir. MMC-nin qanuni təmsilçisi İbrahim Ahmed Alı Obaıd Alzaabidır. 

İbrahim Ahmed Obaid Alzaabi  “İbrahim Alzaabi” MMC adlı şirkəti dövlət qeydiyyatına aldırdıqdan 3 ay sonra sonra  Binəqədi rayonu, Novxanı kəndində ümumi sahəsi  294 kv. Metr olan 2 mərtəbəli ev tikdirməyə başlayıb.  Noxvanıda tikilən evin layihəçisi Hacızadə Tağı Hacıağa oğlu olub. Qeyd etdiyimiz kimi “Al Sharah” MMC-nin qanuni təmsilçisi isə Hacızadə Günel Tağı qızıdır. 

Bildirək ki, Al-Zaabi soyadı BƏƏ-də olduqca məşhurdur. Bu soyadı daşıyan İbrahim Obaid Alzaabi hazırda BƏƏ-nin Dövlət Sığorta Təşkilatının rəhbəridir. Hamad Obaid İbrahim Salem Al-Zaabi isə BƏƏ-nin Pakistandakı səfiri vəzifəsində çalışır. 

Mohammed Al-Zaabi adlı iş adamı isə Dubayın ən böyük şirkətlərindən birinə - “Miral”a rəhbərlik edir. Bu şirkət Dubayda “Formula -1” yarışlarının da təşkilatçısı hesab olunur. Şirkət Dubayda dəyəri milyardlarla ölçülən nəhəng yaşayış və ticarət obyektləri inşa edir. Dubayın ən böyük hava limanını da “Miral” şirkəti tikib.

Xatırladq ki, Xırdalan şəhəri, Memar Əcəmi ev.18, döngə 2 ünvanı əsasən ərəb ölkələrindən gələn şəxslər tərəfindən dövlət qeydiyyatına  alınan şirkətlərə “ev sahibliyi” edir.  

- 08.10.2018-ci ildə Xırdalan şəhəri, Memar Əcəmi ev.18, döngə 2 ünvanında qanuni təmsilçisi  Shaker Hussein Mohammed Arab olan "Caspian İnternational Group” MMC (VÖEN – 3102824931)  dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 72 000 dollar olub.

- 28.09.2018-ci ildə Xırdalan şəhəri, Memar Əcəmi ev.18, döngə 2 ünvanında qanuni təmsilçisi  Khaled Al Ajmi Mohammed olan "KZ Group” MMC (VÖEN – 3102812441) dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 20 000 dollar olub.

- 04.12.2018-ci ildə Xırdalan şəhəri, Memar Əcəmi ev.18, döngə 2 ünvanında qanuni təmsilçisi  Samıra  Ismaıl Bılal Salem olan "Samıra Salem” MMC (VÖEN –  3102894441) dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 5 000 dollar olub.

- 08.05.2018-ci ildə Xırdalan şəhəri, Memar Əcəmi ev.18, döngə 2 ünvanında qanuni təmsilçisi  Salem Obaid Mohammed Alfarsi olan "Ali Alfarsi” MMC (VÖEN –  3102663191) dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 30 000 dollar olub. //Yeniavaz.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin