İş həyatına yeni başlayanlar üçün 10 tövsiyə - SƏHƏR OXUSU
İnsanın həyatındakı ən mühüm dövrlərdən biri olan iş həyatına hazır olmaq olduqca vacibdir.
Çox vaxt yeni məzunlar təhsil həyatları başa çatdıqdan sonra böyük bir boşluğa düşürlər. Təhsil sonrası gənclər ya magistratura təhsilinə yönəlir, ya da iş həyatına başlamayı seçirlər. İş həyatına başlamağı üstün tutanlar isə yalnız təcrübə dövründə gördükləri bir mühitlə üzləşirlər.
Bəs iş həyatına yeni başlayanlar uğurlu olmaq üçün nələr etməlidir?
Bu məqalədə iş həyatına yeni başladığınız zaman sizə kömək ola biləcək 10 tövsiyə ilə tanış ola bilərsiniz.
1. Münasibətlərə önəm verin
İlk olaraq iş həyatına girərkən insanlarla münasibətlərinizə diqqət yetirin. Unutmayın ki, möhkəm iş münasibəti qura bilməsəniz, həmin iş mühitində qalma müddətiniz qısala bilər.
2. Öz məsləhətçinizi tapın
İş həyatında təcrübəli birindən məsləhət almaq karyeranız üçün hər zaman önəmli olacaq. Təcrübəli şəxsin tövsiyələri sizi mümkün xətalardan uzaqlaşdıra bilər.
3. Uğurlarınızı sənədləşdirin
İlk işinizdə bəzən iş mühitindən və ya iş yoldaşlarınızdan narazı qala bilərsiniz. Bu baxımdan, iş həyatında əldə etdiyiniz uğurları sənədləşdirmək sizin üçün faydalı olacaq. Yeni bir işə keçərkən bu sənədlər sizin bacarıqlarınızı göstərəcək.
4. Yeni bacarıqlar qazanın
Hansı sektorda işə başlasanız da, yeni məzun kimi bilmədiyiniz proqramlar və ya metodlar olacaq. Bu səbəbdən, şəxsi inkişafınızı təmin etmək üçün müxtəlif proqramlar öyrənin. Bu həm bacarıqlarınızı artıracaq, həm də sizi yeniləyəcək.
5. Çətin layihələrdə yer alın
İlk işinizdə çətin layihələrdə iştirak etməyiniz təcrübə qazanmağınıza və şirkətdə mövqeyinizin möhkəmlənməsinə kömək edəcək. Amma unutmayın ki, kiçik bir səhv həmin mövqedən uzaqlaşmağınıza səbəb ola bilər.
6. Öz sahənizdə ixtisaslaşın
Bilik və bacarıqlarınızı artırmaq üçün asudə vaxtlarınızda sahənizlə bağlı kitablar oxuyun, məqalələri izləyin və konfranslara qatılın. Bu, mütəxəssis olmağınıza kömək edəcək.
7. Sosial şəbəkələriniz üçün zaman ayırın
İşlədiyiniz qurumdan kənarda fərqli insanlarla tanış olun. Peşəkarlarla əlaqə qurmaq həm baxış bucağınızı genişləndirəcək, həm də onların təcrübələrindən faydalanmağınıza imkan yaradacaq.
8. Gündəlik nəşrləri izləyin
İş həyatına başlamağın ən böyük çətinliklərindən biri rutin iş mühitində yeni şeylər öyrənə bilməməkdir. Buna görə, həm yerli, həm də qlobal mövzulu nəşrlərə abunə olun və boş vaxtlarınızda inkişafınıza dəstək olun.
9. Problemlərin həllini tapın
İş yerinizdə rəhbərlərlə yalnız problemlər haqqında deyil, həll yolları tapdığınız zaman da ünsiyyət saxlayın. Bu, sizin yaradıcı və həll yönümlü biri kimi tanınmağınıza kömək edəcək.
10. Sosial həyatınıza vaxt ayırın
Həyatınızın yalnız işdən ibarət olması sizi bir müddət sonra yorğunluğa və uğursuzluğa aparar. Bu səbəbdən, iş və sosial həyatı balanslaşdırın, sizi xoşbəxt edən insanlarla görüşərək rahatlanın. Bu, daha məhsuldar iş həyatı üçün vacibdir.
Valyuta.Az sizə yeni iş həyatınızda uğurlar arzulayır!
Rəhim / Valyuta.Az / SƏHƏR OXUSU
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay