Araşdırma
15.10.2024 / 14:43
Azərbaycanda fəaliyyət göstərən bankların NİZAMNAMƏ KAPİTALLARI, QANUNİ TƏMSİLÇİLƏRİ
57459
Nizamnamə kapitalı müəssisə yaradılarkən, təsis sənədləri ilə müəyyən edilmiş həcmdə onun fəaliyyətini təmin etmək üçün müəssisənin əmlakına iştirakçıların (sahibkarların) qoyduğu payların məcmusunu özündə əks etdirir.
Valyuta.az xəbər verir ki, bankın məcmu kapitalının minimum miqdarı 2015-ci ildən etibarən 50 (əlli) milyon manat məbləğində olmalıdır.
Azərbaycanda fəaliyyət göstərən banklar arasında nizamnamə kapitalının həcmi ən böyük olan bank “Azərbaycan Beynəlxalq Bank” ASC-dir. Belə ki, bankın nizamnamə lapitalının həcmi 1 225 647 819 manatdır.
Azərbaycanda fəaliyyət göstərən bankların nizamnamə kapitalının həcmi ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
Banklar | Qanuni təmsilçiləri | Nizamnamə kapitalı (manatla) | |
1 | “Accesbank” QSC | Tsiklauri Davit | 270 106 912 |
2 | “AFB Bank” ASC | Xubanlı Orxan Qurban | 70 393 455 |
3 | “Azərbaycan Beynəlxalq Bank” ASC | İbrahimov Abbas Məmmədəli | 1 225 647 819 |
4 | “Azərbaycan Sənaye Bank” ASC | Orucov Kənan Əzizağa | 60 000 000 |
5 | “Azər-Türk Bank” ASC | Hüseynov Orxan Ziyad | 50 000 000 |
6 | “Bank Avrasiya” ASC | Kərimov Rüfət Fuad | 71 800 000 |
7 | “Bank of Baku” ASC | Quliyev Həsən Cəfər | 52 870 000 |
8 | “Bank BTB” ASC | Hüseynov Eldəniz Ramiz | 66 450 000 |
9 | “Bank Respublika” ASC | İsmayılov Tariyel İsrayıl | 73 961 090 |
10 | “Premium Bank” ASC | Lətifov Kamil Fuad | 154 601 370 |
11 | “Bank VTB (Azərbaycan)” ASC | Okayev İqor Anatolyeviç | 315 815 000 |
12 | “Expressbank” ASC | Məmmədov Mehman Sabir | 112 544 834 |
13 | “Kapital Bank” ASC | Hüseynov Fərid Arif | 265 849 999 |
14 | “Melli İran Bank Bakı Filialı” | Filial | 73 611 171 |
15 | “Yelo Bank” ASC | Həsənov Anar Çingiz | 378 000 000 |
16 | “Paşa Bank” ASC | Quliyev Cavid Həsən | 354 511 800 |
17 | “Rabitəbank” ASC | Hüseynov Aydın Hüseyn | 101 300 077 |
18 | “Turanbank” ASC | Qarayev Orxan İslam | 100 006 014 |
19 | “Unibank” ASC | Abuşov Fərid Şakir | 138 200 392 |
20 | “Xalqbank” ASC | Məcidov Kamran Nazim | 364 772 544 |
21 | “Yapı Kredi Bank Azərbaycan” | Yüksel Cenk Cafer | 55 380 703 |
22 | “Ziraat Bank Azərbaycan” ASC | Demir Selcuk | 65 500 000 |
Valyuta.az |
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay