Avropada da mənzillər bahalaşır - Ən çox qiymət artımı olan ÖLKƏLƏR
Avropa Statistika İdarəsinin (Eurostat) açıqladığı məlumatlara əsasən, 2024-cü ilin ikinci rübündə Avropa İttifaqı (Aİ) ölkələrində mənzil qiymətləri əvvəlki rüblə müqayisədə 1,9 faiz, 2024-cü ilin ikinci rübünə nisbətən 2,9 faiz artıb.
Valyuta.az xəbər verir ki, Aİ ölkələri arasında rüblük müqayisədə daha yüksək qiymət artımı Xorvatiyada (4,3 faiz), Portuqaliyada (3,9 faiz), İspaniyada (3,6 faiz), Bolqarıstanda (3,4 faiz), İtaliyada (3,2 faiz) artıb. Danimarka və Slovakiyanın hər birində qiymətlər 3 faiz yüksəlib.
Əvvəlki rüblə müqayisədə Macarıstanda ev qiymətləri dəyişməz qalıb, Fransa və Belçikada 0,2 faiz azalıb.
Birillik müqayisədə daha yüksək qiymət artımı Polşada (17,7 faiz), Bolqarıstanda (15,1 faiz), Litvada (10,4 faiz), Xorvatiyada (10 faiz), Macarıstan (9,8 faiz) və İrlandiyada (7,9 faiz) qeydə alınıb.
© Sfera.az
Bu dövrdə mənzil qiymətləri Lüksemburqda 8,3 faiz, Finlandiyada 4,8 faiz, Fransada 4,6 faiz, Almaniyada 2,6 faiz azalıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay