BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
49307

Son zamanlar paytaxtda mövcud olan tıxaclar, parkinq qiymətlərinin artması insanların şəxsi avtomobillərdən istifadəsini çətinləşdirib. Bu səbəbdən sanki zaman keçdikcə avtomobillərə maraq azalır. Məlum tendensiyanın ilkin əlamətləri özünü qiymətlərdə də göstərir. Son illərdə ilk dəfə olaraq ümumi avtomobil bazarında ucuzlaşma qeydə alınıb. Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən məlumat verilib. Belə ki, 10 min manatadək olan avtomobillərin qiyməti aprel ayında 8.2 faiz ucuzlaşıb. Aİ-95 markalı benzindən istifadə edən və daha bahalı avtomobillərə tələbin azalması müşahidə olunsa da, həmin avtomobillərin qiyməti dəyişməyib. Bəs bu ucuzlaşma prosesinin davamlı olması mümkündürmü?

Seçimlər dəyişir

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayevin sözlərinə görə, avtomobil bazarımızda ucuzlaşmaya son vaxtlar qəbul edilən qərarlar səbəb olub: “Hazırda bütün dünyada elektrikli və hibrid avtomobillərə maraq artır. Yeni avtomobil almaq istəyən, yaxud avtomobilini yeniləyən şəxslər əvvəlcədən kiçik də olsa bazar araşdırması aparırlar. Eyni zamanda, taksi fəaliyyəti ilə bağlı qoyulan tələblər də avtomobil bazarımıza təsir edib. Yeni qaydalara görə köhnə avtomobillər artıq taksi xidməti göstərə bilməyəcək. Ona görə də sahibkarlar avtomobillərini satmağı üstün tuturlar. Satış artdığı zaman tələb və təklif qanunlarına görə qiymətin ucuzlaşması baş verir”.

İri mühərrikli avtomobillər də ucuzlaşacaq

Y.Mustafayevin fikrincə, artıq köhnə avtomobillərin erası bitir: “Avtomobil alanlar hibrid və elektromobilləri seçdiyinə görə, digər nəqliyyat vasitələrinin satışı hazırda çox azdır. Köhnə avtomobil satan şəxslər daha da ucuz qiymət qoyurlar ki, tez satılsın. Beləliklə, bu məsələlər ümumi avtomobil qiymətlərinə də ciddi təsir göstərir. Müşahidə olunan ucuzlaşma prosesi davam edəcək. Həmçinin iri həcmli mühərriki olan avtomobillərin də qiymətlərində enmə gözlənilir. Bu avtomobillərə də tələbat azalacağı üçün onların da qiyməti ucuzlaşacaq. Artıq tanınmış maşın istehsalçıları da öz seçimlərini hibrid və elektromobillər üzərindən edirlər. Çünki bazarın tələbi bu istiqamətdədir”. 

Yeni avtomobil gətirmək daha sərfəlidir

İqtisadçı Xalid Kərimli bildirdi ki, hazırda sahibkarlara yeni avtomobilləri gətirmək daha çox sərf edir: “Hibrid və elektromobil avtomobillərə maraq keçən ildən başlayaraq sürətlə artıb. Bu avtomobillər gömrük rüsumundan da azad edilib. Xüsusən də yeni buraxılış olan bu avtomobillər ölkəmizə gətirilərkən heç bir rüsum ödənilmədiyi üçün onların qiyməti daha əlverişli olacaq. Həmin avtomobillər insanların büdcələrinə daha uyğun olduğu üçün bazarda da payları artır”. 

Qiyməti alıcı və satıcılar müəyyən etmir

X.Kərimli qeyd etdi ki, qiymətlərin ucuzlaşması qısamüddətlidir, bazarda yeni avtomobillər çoxaldıqca, zamanla qiymətlər də stabilləşəcək: “Qiyməti ucuzlaşan avtomobillər köhnə maşınlardır. Hansı ki, onlar yeni qanuna qədər taksi parkında istifadə olunurdu. Artıq onlar təyinatı üzrə fəaliyyət göstərə bilməyəcəyinə görə kütləvi şəkildə bazara çıxarılırlar. Kütləvi təqdimat da istər-istəməz qiymətlərə öz təsirini göstərir. Bu tendensiya qısamüddətlidir. Sonra bazar yenidən stabilləşəcək. Çünki Azərbaycan bu avtomobilləri xaricdən idxal edir. Avtomobil bazarımızda qiymətləri alıcılar və satıcılar yox, əsasən gələn avtomobillərin dəyəri müəyyənləşdirir. Avtomobili gətirən sahibkar maşını sata biləcəyi halda gətirir. Görsələr ki, sata bilmirlər, bu avtomobilləri gətirməyəcəklər. Bu zaman artıq daha bahalı avtomobillər idxal ediləcək. Beləliklə, bazar stabilləşəcək. Gətirilən avtomobillərin dəyəri artacaq”. 

Rüsumlar olsa, qiymətlər yüksələcək

İqtisadçı Emin Qəribli isə hesab edir ki, köhnə avtomobillərin zamanla bazardan çıxması həm iqtisadiyyatımız, həm də ekologiyamız üçün müsbət addımdır: “Avtomobillərin qiymətinin ucuzlaşması müsbət haldır. Hətta bu avtomobillərə idxal rüsumundan əlavə, vergilər də tətbiq edilməlidir. Bu qayda həmçinin böyük mühərrikli avtomobillərə də tətbiq olunmalıdır. Bütün dünyada bu tendensiya var. O zaman bu avtomobillərin qiyməti də artacaq”.

Əsas alıcılar xanımlardır

Maşın satışı ilə məşğul olan Fikrət İbrahimov da bazardakı mövcud vəziyyəti təsdiqləyir: “Bəli, avtomobillərin qiymətlərində ucuzlaşma mövcuddur. Demək olar ki, benzin və dizellə işləyən, iri mühərrikli bütün avtomobillərdə qiymət azalmasını görmək mümkündür. Çünki alıcılar daha çox hibrid və elektrikli avtomobillərə üstünlük verirlər. Hətta 10 min manatlıq maşını da satmaq mümkün deyil. Satıcılar qiymətləri müəyyən etsə də, alıcılıq qüvvəsi çox aşağıdır. İndi maşın alanların əksəriyyəti xanımlardır. Onların da seçimləri hibrid və elektromobil maşınlar olur”.

Kaspi.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Xiaomi"nin "Android 16"nı ilk tətbiq edəcəyi smartfonlarının siyahısı açıqlandı

Ən çox maaş alan baş məşqçilərin adı bilindi

"JPMorgan", "Tesla" ilə bağlı məhkəmə işinə son qoyub

"Samsung" yeni proqram təminatının dizaynını səhvən yayımladı - Detallar

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Yataqxana problemi ilə bağlı yeni layihə

Ukrayna 5 ölkədən elektrik enerjisi tədarükü istəyib

“13-cü maaş” nədir və kimlərə verilir?

Gürcüstanın dəmir yolu yük daşımalarında Azərbaycanın payı

Araşdırma: "LinkedIn"dəki uzun paylaşımların çoxu süni intellekt tərəfindən yazılır

Yağış yağacaq, leysan olacaq

Avropada qaz qiymətləri artmaqda davam edir

Azərbaycan əhalisinin borclanma səviyyəsi 10 faiz bəndi artıb

Rus qazına sanksiyalar Norveçə 115 milyarddan çox qazandırdı

Azərbaycan banklarına ən çox əmanət yerləşdirən regionlar - SİYAHI

Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

Kanadanın media nəhəngləri "OpenAI"ə qarşı: Müəllif hüquqları mübarizəsi

9 ayda 71.8 milyard dollar gəlir - "Rosneft"in hesabatı

Azərbaycanda 5 universitetin rektoru yoxdur

Dekabrın ilk gününə olan hava proqnozu açıqlanıb

Azərbaycan nefti bahalaşıb

Qarabağ iqtisadi rayonunda nə qədər yeni iş yeri yaradılıb? (RƏSMİ)

Azərbaycanda cəmi 1 rayonda özəl məktəb fəaliyyət göstərir

TANAP vasitəsilə Türkiyə və TAP kəmərinə nəql edilən qazın həcmi açıqlanıb

"Azərenerji"nin ixrac gəlirləri 4 dəfə azalıb

Bakıda 8-9 ballıq zəlzələ təhlükəsi olan ərazilər hansılardır? (VİDEO)

60 min material, 4500-dən artıq telereportaj... - Azərbaycan mediası COP29-da

Daha bir şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur (SİYAHI)

Daha bir şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur (SİYAHI)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin