BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
46614

Statistik məlumatlara əsasən, ölkəmizdə il ərzində vəfat edən kişilərin təxminən yarısı pensiya yaşına çatmayanlardır. Bu statistika yenidən pensiya yaşına çatmadan vəfat edənlərin pensiya kapitalının taleyi məsələsini gündəmə gətirir.  

Azərbaycanda il ərzində 60 min 810 nəfər vəfat edib. Statistik məlumatlara əsasən, vəfat edənlərin 33 min 157 nəfəri kişilərdir. Vəfat edən kişilərin 47,8 faizi və ya 15 min 872 nəfəri 65 yaşına çatmadan dünyasını dəyişiblər. Başqa sözlə, ümumilikdə kişilərin təxminən 48 faizi pensiya yaşına çatmadan vəfat ediblər.

Xatırladaq ki, 2020-ci ilin iyul ayından etibarən Azərbaycanda kişilər 65 yaşından sonra pensiyaya çıxırlar. Statistikadan da göründüyü kimi, kişilərin böyük əksəriyyəti pensiya yaşına çatmadan dünyalarını dəyişirlər. 

Nəzərə alaq ki, bəzi hallar istisna olmaqla, Azərbaycan qanunvericiliyinə əsasən, pensiya yaşına çatmadan ölənlərin hesabına yığılan pensiya kapitalı varislərə qaytarılmır. Eyni zamanda, ölkəmizdə həm işləyənlərin, həm də yüksək məbləğdə pensiya kapitalı yığanların böyük əksəriyyəti kişilərdir. Ona görə də problem çox ciddidir.

Bəs, görəsən, yaranmış vəziyyətdən çıxış yolu nədən ibarətdir? 

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Pensiya sisteminin bir çox boşluqları var

Sosioloq Elçin Bayramlının fikrincə, ölkədə kişilərin təxminən yarısının pensiya yaşına çatmadan vəfat etməsi ciddi siqnaldır: “Əhalinin, xüsusən də kişilərin yarıya yaxını pensiya ala bilmir. Faktiki olaraq dövlət uzun illərdir insanlardan sosial sığorta haqqı tutur, amma insanların yarısı o pulu ala bilmir. Halbuki o vəsait həmin şəxsin qanuni puludur”.

“Ölüm hallarının statistikası təhlil edilməlidir”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədov hesab edir ki, ilk növbədə pensiya yaşına çatmayan insanların ölüm hallarının statistikası təhlil edilməlidir: “Təəssüflər olsun ki, bu kimi məsələlərdə daha çox pensiya yaşının azaldılması ilə bağlı təkliflər irəli sürülür. Amma iş yerlərində əmək şəraitinin yaxşılaşdırılması, səhiyyə infrastrukturunun inkişafı məsələlərinə toxunulmur. Əslində aparıcı ölkələrin statistikasına nəzər salsaq görərik ki, həmin ölkələrdə 70-75 yaşında insanların əksəriyyəti əmək qabiliyyətli olurlar. Onlar üçün işləmək daha sərfəlidir, hüquqları olsa belə, pensiyaya çıxmaq istəmirlər. Bizdə isə iqtisadiyyatın strukturu hələ o səviyyəyə çatmayıb ki, pensiyaçıların sosial hüququ daha da genişləndirilsin”.

Professor vurğulayıb ki, Azərbaycanda tətbiq olunan sistem yığım pensiyasıdır. Yəni vətəndaş nə qədər vəsait toplayırsa, həmin məbləğə uyğun pensiya alır: “Təbii ki, əməkhaqqı yüksək olarsa, bu kimi məsələlər avtomatik həllini tapacaq. Əgər iqtisadiyyatın strukturu dəyişərsə, hətta pensiya yaşına çatan vətəndaşlarımızın çoxu işləməyə üstünlük verəcək. Səhiyyə sahəsi də inkişaf etdirilməlidir. Ölüm hallarının əksəriyyəti məhz insanların çoxunun keyfiyyətli səhiyyə xidmətindən yararlanmağa imkanının çatmaması ilə bağlıdır”. 

Pensiya kapitalı varislərə qaytarıla bilər, amma…

İqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, pensiya yaşına çatmadan ölənlərin hesabına yığılan kapitalın varislərə qaytarılması indiki halda mümkün deyil: “Ümumiyyətlə, pensiya yaşı müəyyən edilərkən Dövlət Sosial Müdafiə Fondunun imkanları nəzərə alınır. Eyni zamanda, vətəndaşların əmək fəaliyyəti dövründə ödədikləri sosial sığorta haqları, onların pensiya kapitalı, iş stajları və sair də nəzərdən keçirilir. Vətəndaş çalışdığı dövrdə sosial sığorta haqqı ödəməklə özünə pensiya kapitalı yığır. Bu da elə təşkil olunmalıdır ki, vətəndaşın vaxtilə ödədiyi sığorta haqları onun pensiya məbləğinə kifayət etsin, hansısa çatışmazlıq olanda DSMF-nin büdcəsindən əlavə dotasiya ayırmaq mümkün olsun. Təbii ki, pensiya yaşına çatmadan vəfat edənlərin kapitalının varislərə qaytarılmasını hər kəs arzulayar. Lakin reallıq başqadır. Amma bu, gələcəkdə mümkün ola bilər”.

Vəfat edən şəxsin pensiya kapitalı necə istifadə olunur?

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Rəşad Mehdili bununla bağlı sorğumuza cavab olaraq bildirib ki, vətəndaşın fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalından qanunvericiliyə uyğun olaraq yalnız pensiya məqsədləri üçün istifadə oluna bilər: “Yəni vətəndaşın xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarında istifadə sosial sığorta hadisəsi baş verdikdə, məsələn, pensiya yaşına çatdıqda əlilliyi müəyyən edildikdə, ailə başçısını itirdikdə və digər hallarda həyata keçirilir. Qanunvericiliyə görə, vətəndaş pensiya yaşına çatmamışdırsa və ya bu yaşa çatanadək əlilliyi müəyyən edilməmişdirsə fərdi şəxsi hesabında toplanmış pensiya kapitalından istifadə edə bilmir. Həmin şəxs vəfat etdiyi, yaxud həlak olduğu halda toplanmış pensiya kapitalı onun öhdəsində olan ailə üzvlərinə - 18 yaşınadək (əyani təhsil alan 23 yaşınadək) övladlarına, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarına, pensiya yaşına çatmış, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ata və anasına, ərinə və ya arvadına, 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxan və işləməyən şəxslərə (valideynlərindən biri, əri (arvadı), babası, nənəsi, qardaşı, bacısı) ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərək ödənilir.

Göründüyü kimi, şəxsin topladığı pensiya kapitalı o, dünyasını dəyişdiyi halda ailə üzvlərinin sosial təminatı üçün istifadə olunur. Pensiyalarda hər ilin əvvəlində indeksasiya nəticəsində edilən artımlar qeyd edilən bu pensiyalara da şamil olunur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Xiaomi"nin "Android 16"nı ilk tətbiq edəcəyi smartfonlarının siyahısı açıqlandı

Ən çox maaş alan baş məşqçilərin adı bilindi

"JPMorgan", "Tesla" ilə bağlı məhkəmə işinə son qoyub

"Samsung" yeni proqram təminatının dizaynını səhvən yayımladı - Detallar

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Yataqxana problemi ilə bağlı yeni layihə

Ukrayna 5 ölkədən elektrik enerjisi tədarükü istəyib

“13-cü maaş” nədir və kimlərə verilir?

Gürcüstanın dəmir yolu yük daşımalarında Azərbaycanın payı

Araşdırma: "LinkedIn"dəki uzun paylaşımların çoxu süni intellekt tərəfindən yazılır

Yağış yağacaq, leysan olacaq

Avropada qaz qiymətləri artmaqda davam edir

Azərbaycan əhalisinin borclanma səviyyəsi 10 faiz bəndi artıb

Rus qazına sanksiyalar Norveçə 115 milyarddan çox qazandırdı

Azərbaycan banklarına ən çox əmanət yerləşdirən regionlar - SİYAHI

Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

Kanadanın media nəhəngləri "OpenAI"ə qarşı: Müəllif hüquqları mübarizəsi

9 ayda 71.8 milyard dollar gəlir - "Rosneft"in hesabatı

Azərbaycanda 5 universitetin rektoru yoxdur

Dekabrın ilk gününə olan hava proqnozu açıqlanıb

Azərbaycan nefti bahalaşıb

Qarabağ iqtisadi rayonunda nə qədər yeni iş yeri yaradılıb? (RƏSMİ)

Azərbaycanda cəmi 1 rayonda özəl məktəb fəaliyyət göstərir

TANAP vasitəsilə Türkiyə və TAP kəmərinə nəql edilən qazın həcmi açıqlanıb

"Azərenerji"nin ixrac gəlirləri 4 dəfə azalıb

Bakıda 8-9 ballıq zəlzələ təhlükəsi olan ərazilər hansılardır? (VİDEO)

60 min material, 4500-dən artıq telereportaj... - Azərbaycan mediası COP29-da

Daha bir şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur (SİYAHI)

Daha bir şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur (SİYAHI)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin