BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
44273

Dünya, müxtəlif ölkələrdə insanların ümumi rifahına təsir edən münaqişələr, aclıq və yoxsulluqla üz-üzədir. Hazırda dünyada, adambaşına düşən gəliri 20 dollardan aşağı olan bir çox ölkə var.

Dünyamız 200-dən çox ölkə və regiondan ibarətdir. Dünyanın ən kasıb ölkələrinin əksəriyyəti Afrikada yerləşir və bu Afrika qitəsini dünyanın ən kasıb qitəsinə çevirir.

Hər bir xalqın böyüməsi ilk növbədə onun vətəndaşlarının iqtisadi rifahından asılı olduğuna görə, iqtisadi cəhətdən çətinlik içində yaşayan xalqlar da sadəcə olaraq digər xalqların inkişafını izləməyə məhkum olmaqdadırlar.

Valyuta.az ÜDM-ə görə dünyanın ən yoxsul 10 ölkəsinin siyahısını hazırladı.

1. Burundi – 236,8 dollar

Burundi dünyanın ən kasıb ölkələri siyahısında birinci yerdədir. Ölkə 2015-ci ildə baş vermiş qanlı hərbi çevrilişdən sonra bir sıra böhranlarla üzləşib. Burundi bu gün çox sayda köçkün və qaçqınlara ev sahibliyi edir.

Bu amillər Burundidə yoxsulluğun geniş yayılmasına səbəb olub. Burundinin adambaşına düşən ÜDM-i 2021-ci ilə kimi 236,8 ABŞ dolları səviyyəsində müəyyən edilib, ölkə geniş yayılmış yoxsulluq nəticəsində uşaq ölümlərinin və qida çatışmazlığının sürətlə artması ilə tanınır.

2. Somali – 445,8 dollar

Somali dünyanın ən kasıb on ölkəsi siyahısında ikincidir. Şərqi Afrika ölkəsi, "Əş-Şəbab" islam qruplaşmasının ölkə iqtisadiyyatına ciddi təsir göstərmiş silsilə terror aktları ilə mübarizə aparır. 1990-cı illərdə ölkə iqtisadiyyatı indiki ilə müqayisədə daha stabil formada idi.

Lakin Somalinin kənd təsərrüfatı və mədənçıxarma sektorlarında möhkəm reputasiyası var. Bu gün balıqçılıq və əkinçilik Somalinin ÜDM-nin böyük hissəsini təşkil edir və ölkə əhalisinin 50%-dən çoxunu işlə təmin edir.

3. Mozambik – 500,4 dollar

Son dövrlərdə Mozambik inanılmaz iqtisadi böyümə yaşadı. Bununla belə, ölkə dünyanın ən kasıb ölkələri sırasında qalır. Mozambik sənaye, mədənçıxarma və kənd təsərrüfatı sənayesində əhəmiyyətli iqtisadi fəaliyyətlərə malikdir.

Mədən sənayesi indi titan və alüminium əridilməsi üzrə ixtisaslaşmışdır. Mozambikdə insanların çoxu yoxsuldur. Mozambik hazırda adambaşına düşən 500,4 ABŞ dollar ÜDM ilə dünyanın ən kasıb 3-cü ölkəsidir.

4. Mərkəzi Afrika Respublikası – 511,5 dollar

Mərkəzi Afrika Respublikası hazırda dünyanın ən az inkişaf etmiş ölkələrindən biridir. Ölkə uzun illər bir çox böhran və münaqişələrə şahidlik etsə də sonunda onlardan yaxa qurtarmağı bacardı.

Ölkə əhalisinin əksəriyyəti yoxsuldur. Kənd təsərrüfatı bu ölkədə əsas iqtisadi fəaliyyətdir. Almaz kimi təbii sərvətlərə malik olsalar da, iqtisadiyyatları qeyri-sabitdir və orta ömür uzunluğu 43 ildir.

5. Madaqaskar – 514,9 dollar

Madaqaskar dünyanın ən kasıb 5-ci ölkəsidir. Hind okeanında, Cənubi Afrika sahillərində bir ada ölkəsidir. Madaqaskar füsunkar təbiəti ilə türistlərin ən çox diqqətini çəkən ölkələrdən biridir.

 Madaqaskarın ÜDM-nin əsas komponentləri qəhvə, palma yağı, ipək və düyüdür. Statistikalar göstərir ki, Madaqaskarda yoxsulluq səviyyəsi ümumi əhalisinin 60%-dən çoxunu təşkil edir və ÜDM-i təxminən 514,9 dollardır.

6. Syerra-Leone – 515,9 dollar

Dünyanın 6-cı ən kasıb ölkəsi Qərbi Afrikada yerləşən Syerra-Leone

Syerra Leone hələ də onillik vətəndaş müharibəsinin nəticələrindən əziyyət çəkir. Münaqişə zamanı inkişaf üçün istifadə edilə bilən vaxtın əhəmiyyətli bir hissəsi müharibəyə yönəldildi.

Syerra Leoniyanın iqtisadiyyatı bu gün də qeyri-sabit vəziyyətdədir. Syerra Leonenin adambaşına düşən ÜDM-i 515,9 dollardır.

7. Əfqanıstan – 516,7 dollar

Əfqanıstan siyahımızdakı ilk qeyri-Afrika ölkəsidir. Əfqanıstanın tənəzzülü Talibanla uzun sürən münaqişədən sonra başlayıb. Bu, həmişə ölkənin ümumi artımının azalması ilə nəticələnib.

Buna görə də, Əfqanıstan dünyanın ən kasıb ölkələrindən biri olaraq qalır. Əfqanıstan hazırda dünyanın 7-ci ən yoxsul ölkəsi hesab olunur və adambaşına düşən gəlir təxminən 516,7 dollar təşkil edir.

8. Konqo Demokratik Respublikası – 548,1 dollar

Konqo Demokratik Respublikası  ən çox təbii resusrlara sahib Afrika ölkələrindən biri olsa da dünyanın ən kasıb ilk 10 ölkəsindən biridir. Ən kasıb ölkələr sırasında olma səbəblərindən biri də ÜDM çox aşağı olmasıdır.

9. Niger – 594,9 dollar

Niger adambaşına düşən ÜDM-ə görə dünyanın 9-cu ən kasıb ölkəsidir. Ölkə olaraq neft, qızıl, uran kimi təbii sərvətlərə malik olsa da vətəndaçlarının əksər hissəsinin əsas məşğuliyyət sahəsi kənd təsərrüfatıdır.

Bir çox təbii ehtiyatların olmasına baxmayaraq qeyri-sabit bir iqtisadiyyata sahibdirlər. Bundan əlavə, ölkədə savadsızlıq faizi də yüksəkdir. Niger hazırda dünyanın ən kasıb 9-cu ölkəsidir və adambaşına düşən ÜDM təxminən 594,9 dollar təşkil edir.

10. Eritreya – 642,5 dollar

Siyahımızda sonuncu yeri çox da bilinməyən Eritreya tutur. Eritreya Təxminən 117.000 kvadrat kilometr ərazisi olan bir Afrika ölkəsidir.Ölkə iqtisadiyyatının əsasını qızıl, gümüş və sement ixracından əldə olunan gəlirlər təşkil edir. Adambaşına düşən təxmini gəliri 642,5 dollar olan Eritreya dünyanın ən kasıb 10-cu ölkəsidir.

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Tramp "BRİCS" ölkələrini 100%-lik rüsumlarla hədələdi

"Xiaomi"nin "Android 16"nı ilk tətbiq edəcəyi smartfonlarının siyahısı açıqlandı

Ən çox maaş alan baş məşqçilərin adı bilindi

"JPMorgan", "Tesla" ilə bağlı məhkəmə işinə son qoyub

"Samsung" yeni proqram təminatının dizaynını səhvən yayımladı - Detallar

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Yataqxana problemi ilə bağlı yeni layihə

Ukrayna 5 ölkədən elektrik enerjisi tədarükü istəyib

“13-cü maaş” nədir və kimlərə verilir?

Gürcüstanın dəmir yolu yük daşımalarında Azərbaycanın payı

Araşdırma: "LinkedIn"dəki uzun paylaşımların çoxu süni intellekt tərəfindən yazılır

Yağış yağacaq, leysan olacaq

Avropada qaz qiymətləri artmaqda davam edir

Azərbaycan əhalisinin borclanma səviyyəsi 10 faiz bəndi artıb

Rus qazına sanksiyalar Norveçə 115 milyarddan çox qazandırdı

Azərbaycan banklarına ən çox əmanət yerləşdirən regionlar - SİYAHI

Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

Kanadanın media nəhəngləri "OpenAI"ə qarşı: Müəllif hüquqları mübarizəsi

9 ayda 71.8 milyard dollar gəlir - "Rosneft"in hesabatı

Azərbaycanda 5 universitetin rektoru yoxdur

Dekabrın ilk gününə olan hava proqnozu açıqlanıb

Azərbaycan nefti bahalaşıb

Qarabağ iqtisadi rayonunda nə qədər yeni iş yeri yaradılıb? (RƏSMİ)

Azərbaycanda cəmi 1 rayonda özəl məktəb fəaliyyət göstərir

TANAP vasitəsilə Türkiyə və TAP kəmərinə nəql edilən qazın həcmi açıqlanıb

"Azərenerji"nin ixrac gəlirləri 4 dəfə azalıb

Bakıda 8-9 ballıq zəlzələ təhlükəsi olan ərazilər hansılardır? (VİDEO)

60 min material, 4500-dən artıq telereportaj... - Azərbaycan mediası COP29-da

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin