BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
43877

Bəzi insanlar üçün puluna qənaət etmək kifayət qədər çətindir. Buna görə də pul toplaya bilmək və ya pullarına qənaət etmək istəsələr də bu çox vaxt o insanlar üçün çox çətin olur. Valyuta.az məhz həmin insanların əlindən tutacaq bir neçə qızıl qaydanı sizinlə bölüşür.

Qənaət necə edilir?

Pulumuza necə qənaət edilməlidir? sualı əksər insanların zamanla düşündüyü suallardandır. Qənaət etmək üçün müəyyən qaydalara riayət etmək bu prosesi xeyli sürətləndirə bilər. Xərclərinizə diqqət etmək kimi kiçik addımlara böyük qənaətlərə imza ata bilərsiniz. Büdcənizə qənaət etməyə aşağıdakı qaydalara riayət etməklə başlaya bilərsiniz.

1. Borclarınızı ödəyin.

Borc sözü insanlar tərəfindən o qədər də sevilməyən kəlmələrdəndir. Borclu olmaq nə qədər də maddi və mənəvi bir yük olaraq görünsə də, həmin borcları ödəməklə isə mənəvi bir rahatlıq əldə edəcəksiniz. Ona görə də istər hər hansı bir şəxsə və ya bir banka borcunuz varsai, lk növbədə onu ödəməyə fokuslanın. Beləliklə də borcunuz olmadığı üçün qənaət edə biləcəyiniz daha çox pula sahib olacaqsınız. 

2. Market alış-verişlərinizi azaldın.

Marketə alış-verişə getmədən öncə alacaqlarınızın siyahısını tutmaq sizi marketdə əlavə xərclərdən qoruyacaqdır və bu üsulla zəruri olmayan nəsnələri almaqdan qurtulacaqsınız. Həmçinin market alış-verişlərinizi hər zaman, öncədən hazırladığınız siyahı üzərindən həyata keçirməyiniz sizə kömək edəcək ki, daha rahat bir şəkildə pulunuza qənaət edə biləsiniz. Bundan əlavə internet vasitəsilə müxtəlif endirim kampaniyaları da izləyərək alış-verişinizi bu qaydada edib daha çox qənaət edə bilərsiniz. 

3. Özünüzə hədəf müəyyənləşdirin.

Sizi qənaət etməyə həvəsləndirəcək yollardan biri də özünü üçün müxtəlif hədəflər müəyyənləşdirməyinizdir. Məsələn, hər ay qazancınızın 10% kimi kiçik bir hissəsini ayıraraq il sonu öncədən müəyyənləşdirdiyiniz hədəfinizə nə qədər yaxınlaşdığınızı görə bilərsiniz.
 
4. Xərclərinizə nəzarət edin.

Pulunuza qənaət etməyin faydalı yollarından biri də xərclərinizi gözdən keçirmək və ən çox nəələrə pul xərclədiyinizi nəzarətdə saxlamağınızdır. Xərclərinə daima nəzər yetiməklə artıq xərclərini rahatlıqla görə bilə və onlara asanlıqla qənaət edə bilərsiniz. Nəqliyyat, qida və s. kimi zəruri xərclər istisna olmaqla qənaət edilməsi mümkün xərclərini azalda bilərsiniz. Bunun üçün özünüzə cədvəl qura və ya buna uyğun müəyyən mobil tətbiqlərdən də istifadə edə bilərsiniz.

5. Yatırım edin.

İstər özünüzə bir bank hesabı açaraq, istərsə də uyğun gördüyünüz hər hansı sahəyə müəyyən məbləğdə yatırım etməklə əlavə gəlir əldə edə bilərsiniz. Əlavə gəlirlərin əldə olunması, “pul yığma” prosesinin əvəzolunmaz köməkçilərindəndir.

6. Ödəmələrinizi vaxtında edin.

Borclarınızı ödəməklə yanaşı ödəmələrinizi vaxtında etməyiniz də sizi lazımsız xərclərdən xilas edə bilər. Yuxarıda sadalanan zəruri xərclərinizi ödədikdən sonra digər ehtiyaclarınız üçün nə qədər pul xərcləməli olduğunuzu və bunları da ödədikdəən sonra  əlinizdə qalan büdcənin hansı hissəsinə rahatlıqla qənaət edə biləcəyinizi də görə bilərsiniz.

7. Restoran xərclərinizi azaldın.

Daha çox qənaət edə bilmək üçün faydalana biləcəyiniz metodlardan biri də restoran xərclərinizi azaltmağınızdır. Ev şəraitində yemək və kofe kimi qidalardan istifadə etmək sizi lazımsız restoran xərclərinizdən azad edə bilər. Həmçinin restoranların endirim kuponlarından da istifadə edərək artıq xərclərdən qurtula bilərsiniz.

 8. Lazımsız və işinizə yaramayan abonəliklərinizi dayandırın.

Başda onlayn platformalar olmaqla, davamlı şəkildə istifadə etmədiyiniz bütün üzvlük haqları ödənişlərinizi dayandırın. Uzun zamandır istifadə etmədiyiniz və sizin üçün zəruri olmayan üzvlük haqları ödənişlərini dayandırmaqla lazımsız xərclərin qarşısına keçə bilərsiniz.

 9. Əlavə gəlirlərinizi düzgün idarə edin.

Sahib olduğunuz əlavə gəlirlərinizi düzgün istifadə etməklə, pulunuza necə rahatlıqla qənaət edə biləcəyinizin şahidi olacaqsınız. Və bu əlavə gəlirlərinizi həm öncədən təyin etdiyiniz hədəflərinizə daha tez çatmaq üçün istifadə edə bilərsiniz, həm də gözlənilməz xərclərlə qarşılaşdığınız zaman faydalana bilərsiniz.

 10. Endirim kuponlarınızdan və ya bonus xallarınızdan yararlanın.

Həm onlayn alış-verişləriniz zamanı, həm də günlük ehtiyatlarınızı qarşıladığınız zaman alış-verişlərinizdən müəyyən bonus xalları qazana bilərsiniz. Və qənaət prosesində daha məhsuldar ola bilmək üçün bu cür “cashback”lər də daxil olmaqla, bütün xırda və böyük fürsətlərdən mütləq şəkildə yararlanmalısınız.  

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Xiaomi"nin "Android 16"nı ilk tətbiq edəcəyi smartfonlarının siyahısı açıqlandı

Ən çox maaş alan baş məşqçilərin adı bilindi

"JPMorgan", "Tesla" ilə bağlı məhkəmə işinə son qoyub

"Samsung" yeni proqram təminatının dizaynını səhvən yayımladı - Detallar

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Yataqxana problemi ilə bağlı yeni layihə

Ukrayna 5 ölkədən elektrik enerjisi tədarükü istəyib

“13-cü maaş” nədir və kimlərə verilir?

Gürcüstanın dəmir yolu yük daşımalarında Azərbaycanın payı

Araşdırma: "LinkedIn"dəki uzun paylaşımların çoxu süni intellekt tərəfindən yazılır

Yağış yağacaq, leysan olacaq

Avropada qaz qiymətləri artmaqda davam edir

Azərbaycan əhalisinin borclanma səviyyəsi 10 faiz bəndi artıb

Rus qazına sanksiyalar Norveçə 115 milyarddan çox qazandırdı

Azərbaycan banklarına ən çox əmanət yerləşdirən regionlar - SİYAHI

Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

Kanadanın media nəhəngləri "OpenAI"ə qarşı: Müəllif hüquqları mübarizəsi

9 ayda 71.8 milyard dollar gəlir - "Rosneft"in hesabatı

Azərbaycanda 5 universitetin rektoru yoxdur

Dekabrın ilk gününə olan hava proqnozu açıqlanıb

Azərbaycan nefti bahalaşıb

Qarabağ iqtisadi rayonunda nə qədər yeni iş yeri yaradılıb? (RƏSMİ)

Azərbaycanda cəmi 1 rayonda özəl məktəb fəaliyyət göstərir

TANAP vasitəsilə Türkiyə və TAP kəmərinə nəql edilən qazın həcmi açıqlanıb

"Azərenerji"nin ixrac gəlirləri 4 dəfə azalıb

Bakıda 8-9 ballıq zəlzələ təhlükəsi olan ərazilər hansılardır? (VİDEO)

60 min material, 4500-dən artıq telereportaj... - Azərbaycan mediası COP29-da

Daha bir şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur (SİYAHI)

Daha bir şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur (SİYAHI)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin