BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
42124

Azərbaycanda İslam kapital məhsulu olan sukukun tətbiqinə başlanılır. Azərbaycan Mərkəzi Bankının bugünlərdə təsdiq etdiyi Maliyyə sektorunun inkişaf Strategiyasında bununla bağlı hüquqi çərçivənin yaradılması öhdəliyi qoyulub. Yaxın 2 ildə investisiya şirkətləri yeni məhsul olan sukukun tətbiqinə nail olacaqlar. 

Bəs sukuk nədir? Azərbaycanda İslam maliyyəsi aləti kimi onun tətbiqi perspektivi necədir? “Valyuta.az”ın bu və digər suallarına  İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri, İslam maliyyəsi üzrə ekspert Ruslan Atakişiyev aydınlıq gətirib. Onun sözlərinə görə, İslam maliyyə prinsiplərində sukuk bir öhdəlik kağızıdır:

“Bunu sadə dildə belə izah edə bilərik. Biz qiymətli kağız kimi səhm və istiqrazları tanıyırıq. Tutaq ki, mən bir səhmdar cəmiyyətdən 10.000 manatlıq səhm alıram və onun sabahkı mənfəətindən dividend əldə edirəm. Bununla mən həmçinin, həmin müəssisənin işində, qərarların qəbulunda iştirak etmək hüququ qazanıram. İstiqrazlar isə müəyyən illik faiz əldə etməyə imkan verir. Bu isə İslam qaydalarına görə haramdır. Yəni, dinimizə görə səhm halaldır, istiqraz isə haram sayır. Çünki səhm də faktiki bir fiksə olunmuş faiz qoyuluşudur, amma istiqraz alanın müəssisənin idarəetməsində bu və ya digər şəkildə iştirak hüququ yoxdur. Sukuk isə bunların ikisinin birləşməsidir. Hüquq baxımından istiqraza daha çox oxşayır. Sukuk aldığınız zaman siz müəssisənin işində iştirak etmirsiz, ancaq aldığınız sukuka görə dividend əldə edirsiz”. 

Qeyd edək ki, qlobal sukuk bazarı 2012-ci ildə 229 milyard dollardan 2014-cü ildə 294 milyard dollara qalxıb. 2021-ci ildə isə onun həcmi 775 milyard dollara çatıb.  Son dövrlərdə isə 1 trilyon dollara yaxınlaşır. Sukuk bazarında orta hesabla illik 14,9% inkişaf göstəricisi mövcuddur. 

Sukukun maliyyə aləti kimi çox geniş bir tətbiq sahəsinin olduğunu deyən R.Atakişiyev istehsala, ticarətə, kənd təsərrüfatına, iqtisadiyyatın müxtəlif sferalarına pul cəlb etmək baxımından əhəmiyyət kəsb etdiyini vurğulayıb. İstənilən bir firmanın, şirkətlərin bundan faydalana biləcəyini deyib: 

“Hazırda dünyanın 130-dan çox ölkəsində İslam maliyyəsi tətbiq olunur. Sukuk bazarları da geniş istifadə edilir. Beynəlxalq fond birjalarında sukuk alqı-satqısı aparılır və bunun vasitəsilə investorlardan istehsalata, sənaye və kənd təsərrüfatının inkişafına yeni vəsaitlər toplanır. Vətəndaş sadəcə bu qiymətli kağızı 1, 2, 5 illik müddətə ala bilər. Həmin kağıza sahiblik hüququ əldə etdiyi üçün gələcəkdə onu sata və ya başqa şəxsə ötürə bilər”. 

Azərbaycanda sukuk bazarının perspektivinə gəlincə, R.Atakişiyev bildirib ki, ölkəmizdə onun reallaşma imkanları genişdır, potensialı böyükdür. Xüsusilə, İslam ölkələrindən investorların cəlb olunması baxımından əlverişlidir: 

“Son dövrlərdə ərəb ölkələrinə rəsmi səfərlərin və Azərbaycanda bir sıra ərəb investorlarla görüşlərin şahidi oluruq. Onlar İslam maliyyəsi prinsipləri əsasında iri dövlət şirkətlərinə investisiya yatırmağa maraq göstərirlər. Hazırda bu sahələrə sukukların cəlb olunması niyyəti həmin görüşlərdə bildirilib. Hətta sonuncu dəfə “AzərGold” İslam İnkişaf Bankının Özəl Sektorun İnkişafı Korporasiyasının rəhbərliyi ilə bir saziş imzalayıb. Sazişdə gələcəkdə “AzərGold”un sukuk buraxması da nəzərdə tutulur. Yəni, bu alət imkan verəcək ki, iri dövlət şirkətləri sukuk buraxmaqla həm daxili bazardan, həm də dünya bazarından külli miqdarda investisya cəlb edə bilsin. Bununla dövlət müəssisələrini inkişaf etdirmək olar”. 

R.Atakişiyev özəl sektorun da maliyyə aləti kimi sukuka maraq göstərdiyini vurğulayıb. Azərbaycanın bir sıra investisiya şirkətlərindən əldə etdiyi məlumatlar əsasında özəl şirkətlərin öz sukuk bazarımızdan yararlanmağa çalışdığını bildirib. İnvestisiya şirkətləri də son dövrlərdə sukuka maraqla yanaşır. R.Atakişiyevin sözlərinə görə, onların sırasında “Azfinans”, “PAŞA Kapital”, “SOCAR Kapital” kimi investisiya şirkətəri yer alır:  

“Maliyyə sektorunun inkişaf strategiyasında kapital bazarının inkişafı məsələləri öz əksini tapır. Orada bazarın inkişafının istiqamətlərindən biri kimi islam prinsiplərinə əsaslanan maliyyə alətlərinin, o cümlədən sukukun ölkəmizdə tətbiqi ilə bağlı qanunvericilik bazasının hazırlanıb tətbiqinə başlanması hədəflənib. Bu da onu göstərir ki, artıq bu sahədə dövlət tərəfindən də siyasi bir iradə var və bu bazarın inkişaf etməsinə imkan yaranacaq”.

Onu da deyək ki, maliyyə sektorunun inkişaf strategiyasında fərdi investorların kapital bazarlarına investisiya məbləğinin minimum 1 milyard manata çatdırmaq nəzərdə tutulub. Bu isə hazırkı göstəriciyə nəzərən (cari vəziyyət: 150 milyon manat) təxminən 6,7 dəfə artım deməkdir. Borc kapital bazarı vasitəsilə real sektorun maliyyələşdirilməsinin isə 1.5 milyard manata çatdırılması hədəflənib. Hazırda bu rəqəm 0.5 milyard manatdır.

Nara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin