Bazar və marketlərdə satılan meyvə-tərəvəzin qiymətlərində nə qədər fərq var? (QİYMƏTLƏR)
Tez-tez bazarlarla marketlər arasında meyvə tərəzlərin qiymətlərinin kəskin fərqləndiyi, xüsusi ilə qış mövsümündə bu fərqin daha çox nəzərə çarpması ilə bağlı fikirlər səsləndirilir.
Valyuta.az bununla bağlı araşdırma apararaq bəzi meyvə və tərəvəzlərin 8-ci kilometr bazarı ilə Bakının bir neçə böyük market şəbəkəsindəki qiymətlərini öyrənib.
Bəzi məhsulların qiymətində 2-3 manata qədər fərq olsa da, bəzilərin qiymətində bu fərq az olub.
Hazırda bazarda xiyarın bir kilosu 2.50-3 manatdısa, marketlərdə bu qiymət 3.35-dən başlayaraq 4 - 4.50 qəpiyə qədər artır.
Son günlər ucuzlaşması ilə bağlı məlumatlar yayılan pomidor bazarda 1.20-2 manata satılırsa, marketlərdən asılı olaraq bu qiymət 3 manatdan başlayaraq 5 manata qədər artır.
Bazarda ədədi 10 qəpiyə satılan göyərtini isə marketdən ən ucuz halda 17 qəpiyə almaq olar.
1.50 -yə satılan yaşıl bibərin kilosu isə marketlərin birində endirimlə 2 manat göstərilib. Bu qiymət isə 3-4 manata qədər qalxır. Rəngli bibərlər isə bazarda 2.50-dirsə, marketlər 3.50-dən başlayır. Kilosu 2 manata olan badımcan isə marketdə 3.50-yə satılır.
Brokoli, gül kələmi, kabaçkinin qiyməti bazarda 1.50, marketdə isə 3-4 manata arasıdır. Kök, kələm, soğanın qiyməti 1 manata qədər dəyişirsə, marketlər bu qiymətlər 1 manatdan çoxdur.
Meyvələrin qiymətində də fərqlər var. Marketdə naringinin kiloqramı 3 manatdan təklif olunursa, bazarda bu qiymət 1.70-2.20 arası dəyişir.
Portağal isə 1.50-2 manat arası satılır, bəzi marketlərdə endirimlə 2 manata təklif edilsə də, bir çoxunda 2.90-3.50 manat arası satılır.
Bananın isə qiyməti demək olar ki, eynidir. Bazar və marketlərdə banan 2.90-3 manat arası təklif edilir.
Kivinin bir kilosunu bazardan 2.50-3 manata almaq olarsa, marketdən asılı olaraq bu qiymət 3.50-4 manat arası dəyişir.
Alma isə bazarda 0.50 qəpikdən başlayaraq növündən asılı olaraq 5-6 manata qədər satılırsa, marketdə isə ən ucuz alma 1.50-yə təklif olunur.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay