BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
39739

2023-cü illə vidalaşırıq. Bu il yaddaşımızda həm də bahalaşma ilə qalacaq. İnflyasiyanın ən çox zərbə vurduğu sahələrdən biri də daşınmaz əmlak bazarı və mənzil kirayəsi sektorudur. Vətəndaşlar da, ekspertlər də mənzil qiymətlərindən şikayətçidirlər. Bəs 2024-cü ildə bu sahədə bizi nə gözləyir? Ev sahibi olmaq istəyən şəxslərin bu il üzü güləcəkmi?

“Gələn il kirayələr ucuzlaşacaq”

Əmlakçı Samir Rüstəmov dedi ki, gələn il bu sektorda ciddi qiymət artımları gözlənilmir: “2023-cü ildə qiymətlər onsuz da qalxıb. Amma 2024-cü ildə yenitikililərdə çox da artım olacağını gözləmirəm. Köhnə tikililərin qiymətində az da olsa artım var. Hazırda bazarda durğunluqdur. Bu zaman çox da böyük artımlar olmur. Kirayə bazarında isə qiymətlər fantastik həddədir. Əvvəl 450-500 manata olan evlərin qiyməti indi 700 manata qalxıb. Amma gələn il kirayə bazarında da elə böyük qiymət artımları olacağını düşünmürəm. Əksinə, gələn il üçün kirayə bazarında ucuzlaşma gözləyirik”

10 faizə qədər yüksəlmə qaçılmazdır

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə isə düşünür ki, gələn il də mənzil qiymətləri bahalaşmaya doğru inkişaf edəcək: “Sıçrayışlı artım gözləməsək də, ən azı 10 faizə qədər yüksəlmə qaçılmazdır. Bunu deməyə əsas verən səbəblər var. Məsələn, artıq bazarda ucuz mənzillər qıtlaşır, təklif tədricən azalır. Tələb isə həmişə yüksək olaraq qalır. Digər əsas səbəblərdən biri bu il Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tələbləri sərtləşdirməsindən sonra çoxmənzilli binaların tikintisi ilə məşğul olan şirkətlərin tikintiyə sərf etdikləri maya dəyərinin artmasıdır. Qiymətin qalxmasının digər səbəblərindən biri də torpaq sahələrinin məhdudlaşması və torpaq bazarında olan bahalaşmadır. Bu gedişlə qiymətlər gələn il də artacaq”.

Ekspert qeyd etdi ki, regionda baş verən proseslər də daşınmaz əmlak bazarına birbaşa təsir göstərir: “Rusiya-Ukrayna müharibəsi, İsrail-Fələstin münaqişəsi daşınmaz əmlak bazarımıza təsirsiz ötüşmür. Xüsusən də qonşu ölkələrdən daşınmaz əmlak almaq üçün insanların ölkəmizə gəlməsi həm kirayə bazarı, həm də mənzillərin qiymətlərini bahalaşdırır”.

R.Qasımzadə kirayə mənzil bazarından da danışdı: “Həm çoxmənzilli binalarda, həm də təkrar mənzil bazarında qiymətlərin artması kirayə mənzil bazarına da təsir göstərir. Bu il kirayə mənzil bazarında qiymətlər stabildir. Keçən il kirayə qiymətlərdə 20-25 faizə qədər artımın şahidi olduq. Amma gələn il üçün ən azı yaya qədər qiymətlərin sabit qalacağını düşünürəm. Yayda qiymətlərdə azalma da ola bilər. Hər il tələbələrin regionlara üz tutması ilə əlaqədar kirayə qiymətlərində enmə müşahidə edilir. Amma cari il bu da yaşanmadı”. 

Ekspert bildirdi ki, həyət evləri kirayə üçün ən stabil variantlardandır: “Çünki həyət evlərində 150 manatdan beş min manata qədər istənilən qiymətə kirayə evlərə rast gəlmək mümkündür. Qiymətlər həyət evinin təchizatına, rahatlıq imkanlarına, şəraitinə görə dəyişir”.  

Günlük kirayə mənzillər

2024-cü ildə ölkəmizdə keçiriləcək beynəlxalq tədbirlərin əmlak qiymətlərinə təsirinə gəlincə, müsahibimiz dedi ki, günlük kirayə mənzillərin qiymətlərində artımlar ola bilər: “Formula 1", COP29 kimi tədbirlər əsasən sutkalıq mənzil bazarına təsir göstərir. Aylıq kirayə bazarına bir qarışacağı yoxdur. Məsələn, günü 50 manata kirayə verilən mənzillər belə tədbirlər olan ərəfələrdə 80-150 manata olur”. 

Kaspi.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Xiaomi"nin "Android 16"nı ilk tətbiq edəcəyi smartfonlarının siyahısı açıqlandı

Ən çox maaş alan baş məşqçilərin adı bilindi

"JPMorgan", "Tesla" ilə bağlı məhkəmə işinə son qoyub

"Samsung" yeni proqram təminatının dizaynını səhvən yayımladı - Detallar

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Yataqxana problemi ilə bağlı yeni layihə

Ukrayna 5 ölkədən elektrik enerjisi tədarükü istəyib

“13-cü maaş” nədir və kimlərə verilir?

Gürcüstanın dəmir yolu yük daşımalarında Azərbaycanın payı

Araşdırma: "LinkedIn"dəki uzun paylaşımların çoxu süni intellekt tərəfindən yazılır

Yağış yağacaq, leysan olacaq

Avropada qaz qiymətləri artmaqda davam edir

Azərbaycan əhalisinin borclanma səviyyəsi 10 faiz bəndi artıb

Rus qazına sanksiyalar Norveçə 115 milyarddan çox qazandırdı

Azərbaycan banklarına ən çox əmanət yerləşdirən regionlar - SİYAHI

Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

Kanadanın media nəhəngləri "OpenAI"ə qarşı: Müəllif hüquqları mübarizəsi

9 ayda 71.8 milyard dollar gəlir - "Rosneft"in hesabatı

Azərbaycanda 5 universitetin rektoru yoxdur

Dekabrın ilk gününə olan hava proqnozu açıqlanıb

Azərbaycan nefti bahalaşıb

Qarabağ iqtisadi rayonunda nə qədər yeni iş yeri yaradılıb? (RƏSMİ)

Azərbaycanda cəmi 1 rayonda özəl məktəb fəaliyyət göstərir

TANAP vasitəsilə Türkiyə və TAP kəmərinə nəql edilən qazın həcmi açıqlanıb

"Azərenerji"nin ixrac gəlirləri 4 dəfə azalıb

Bakıda 8-9 ballıq zəlzələ təhlükəsi olan ərazilər hansılardır? (VİDEO)

60 min material, 4500-dən artıq telereportaj... - Azərbaycan mediası COP29-da

Daha bir şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur (SİYAHI)

Daha bir şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur (SİYAHI)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin