İtaliya çempionatının ən dəyərli oyunçuları müəyyənləşdi (SİYAHI)
İtaliya A Seriyasında çıxış edən ən dəyərli futbolçuların qiymətləri açıqlanıb.
Valyuta.az xəbər verir ki, məşhur "Transfermarkt" portalı top-5 çempionatlarından biri olan A Seriyasında ən dəyərli futbolçuların siyahısını müəyyənləşdirib. Belə ki, reytinqin zirvəsində "İnter"in hücumçusu Lautaro Martinez yer alıb. Son vaxtlarda parlaq çıxışına görə dəyərini 10 milyon artıran argentinalı 110 milyon avro qiymətləndirilir.
A Seriyasında ikinci pillədə "Napoli"nin oyunçusu Viktor Osmihenə yer verilib. Düzdür, bu futbolçunun da qiyməti 110 milyon avro dəyərləndirir. Ancaq məsələ burasındadır ki, yayda rekord qiymətə - 120 milyon avroya Neapol təmsilçisinə transfer olunan Osmihenin qiymətində 10 milyon avro eniş olub.
İlk "üçlüy"ü isə "Milan"ın aparıcı üzvü Rafael Leao qapayır. 90 milyon avro qiymət müəyyənləşdirilən futbolçunun dəyərində artım olmasa da, azalma müşahidə edilməyib.
Millimizin sabiq üzvü Badri Kvaratsxeliyanın "Napoli"də çıxış edən oğlu Xviça isə dördüncü pillədə qərarlaşıb. Son illərin parlayan gənc ulduzunun qiymətində 5 milyon avro eniş müşahidə olunsa da 80 milyonluq dəyərlə ön sıralardadır.
Ümumilikdə A Seriyasının ən dəyərli oyunçularının siyahısı aşağıdakı kimidir.
Lautaro Martinez ("İnter") - 110 milyon avro (+ 10 milyon avro)
Viktor Osmihen ("Napoli") - 110 milyon avro (- 10 milyon avro)
Rafael Leao ("Milan") - 90 milyon avro
Xviça Kvaratsxeliya ("Napoli") - 80 milyon avro (- 5 milyon avro)
Nikolo Barella ("İnter") - 75 milyon avro
Alessandro Bastoni ("İnter") - 60 milyon avro
Duşan Vlahoviç ("Yuventus") - 60 milyon avro (- 10 milyon avro)
Markus Türam ("İnter") - 55 milyon avro (+ 15 milyon avro)
Teo Hernandez ("Milan") - 55 milyon avro (- 5 milyon avro)
Bremer ("Yuventus") - 50 milyon avro (+ 10 milyon avro)
Federiko Kyeza ("Yuventus") - 50 milyon avro (+ 5 milyon avro)
Federiko Dimarko ("İnter") - 50 milyon avro (+ 5 milyon avro)
Mayk Mayqnan ("Milan") - 45 milyon avro
Nikolas Qonzales ("Fiorentina") - 40 milyon avro (+ 5 milyon avro)
Tyun Koopmeyners ("Atalanta") - 40 milyon avro (- 5 milyon avro)
Corcio Skalvini ("Atalanta") - 40 milyon avro
Benyamin Pavar ("İnter") - 40 milyon avro
Hakan Çalhanoğlu ("İnter") - 40 milyon avro
Adrien Rabio ("Yuventus") - 40 milyon avro
Fikayo Tomori ("Milan") - 40 milyon avro
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay