Türkiyə Superliqasında "Dörd böyük"lərin borcu açıqlandı
Türkiyənin dörd klubu "Beşiktaş", "Fənərbağça", "Qalatasaray" və "Trabzonspor"un borclarının ümumi məbləği açıqlanıb.
Valyuta.az xəbər verir ki, türk futbolunun "Böyük dördlüy"nün borcu ümumilikdə 29,93 milyard lirəyə çatıb. Sözügedən klubların İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) göndərdiyi maliyyə vəziyyəti hesabatlarına görə, ən çox borcu olan klub “Qalatasaray”dır. "Sarı-qırmızı"lı klubun assosiasiya və digər əlaqəli şirkətlər/şəxslər istisna olmaqla ümumi borcu 9,59 milyard lirədir. Borc təsnifatında ikinci yerdə 8,63 milyard lirə ilə "Fənərbağça" qərarlaşıb. "Beşiktaş"ın borcu isə 7,05 milyard lirə təşkil edib. Ən az borclu klub isə "Trabzonspor" olub - 4,66 milyard lirə.
Klubların ümumi 29,93 milyard lirə borcuna qarşı, əlaqəli şəxslər və ya debitor şirkətlər istisna olmaqla, 12,45 milyard lirə alacaqları var. Cədvəllərdə borc-kredit fərqi baxımından ən çox borclu olan klub "Beşiktaş"dır. Klub 7,05 milyard lirəlik borcuna qarşı 1,78 milyard lirə alacağı var. Beləliklə klubun xalis borc-alacaq fərqi -5,27 milyard lirədir.
9,59 milyard lirə borcu ilə müqayisədə 4,6 milyard lirə debitor borcu olan "Qalatasaray"ın isə xalis borc-alacaq fərqi -4,99 milyard lirədir. Cəmi 8,63 milyard lirə borcuna baxmayaraq "Fənərbağça"nın 4,26 milyard lirə debitor borc var. Bu da o anlama gəlir ki, klubun xalis borc-alacaq fərqi -4,37 milyard lirə təşkil edir. "Trabzonspor"un isə 4,66 milyard lirəlik borcu qarşılığında 1,8 milyard lirə alacağı var. Bu da -2,86 milyard lirəlik fərq olması anlamına gəlir.
Mövsümün ilk üç ayı (iyun, iyul, avqust) üçün balans hesabatlarını açıqlayan "Böyük dördlük" təmsilçiləri qalan doqquz ay üçün 11 milyard lirəlik maliyyə qaynağına ehtiyac duyur.
Bunlardan “Fənərbağça” mövsümün ilk üç ayında 0,91 milyard lirə mənfəəti olduğunu açıqlasa da, qalan müddət üçün ən çox resursa ehtiyacı olan klub kimi diqqət çəkir. Bu dövrdə öhdəlikləri 5,18 milyard lirə, debitor borcu isə 1,78 milyard lirə olan İstanbul klubunun 3,4 milyard lirəlik kəsiri olduğu görünür.
“Qalatasaray”da 5,9 milyard lirə borca baxmayaraq, 2,74 milyard debitor borcu var və 3,16 milyard lirəlik resursa ehtiyac duyur. Hazırda ümumi borcu 2,65, debitor borcu isə 0,44 milyard lirə olan “Trabzonspor” mövsümün sonuna qədər daha 2,21 milyard lirə tapmalıdır.
"Beşiktaş"ın 0,64 milyard lirə debitor borcuna qarşı 2,81 milyard lirəlik öhdəliyi var. Klubun ehtiyac duyduğu resurs isə 2,17 milyard lirə təşkil edir.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay