İngiltərə Premyer Liqasında 2023/24 mövsümünün ən çox qazanan futbolçuları
İngiltərə Premyer Liqası dünyanın ən zəngin çempionatıdır. Təbii ki, liqada çıxış edən “Arsenal”, “Çelsi”, “Mançester Yunayted” və “Mançester Siti”nin futbolçuları da ən yüksək maaş alanlar sırasındadır. Premyer Liqa klubları üçün kommersiya sövdələşmələri və gəlir axınları artmaqda davam etdikcə, son on ildə maaşlarda əhəmiyyətli artım müşahidə olunur.
Valyuta.az “Capology”nin rəqəmləri əsasında 2023-24-cü illərdə Premyer Liqada ən çox qazanan 10 oyunçunun siyahısını təqdim edir.
Kay Havertz (“Arsenal”) - Həftəlik 280 min funt-sterlinq
“Arsenal” bu yay “Çelsi”dən Londona köçməsi üçün alman futbolçuya çox gəlirli bir müqavilə təqdim etdi. Mikel Arteta 24 yaşlı yarımmüdafiəçini sol cinahda istifadə edir. Yenə də düşünülür ki, Havertzdən “Arsenal”da daha çox şey gözlənilir. O, həftəlik 280.000 funt-sterlinqlik maaşını doğrultmaq niyyətindədirsə, əlbəttə, işə başlamalı olacaq.
Bernardo Silva (“Mançester Siti”) - Həftəlik 300 min funt-sterlinq
Silva ilə bağlı söz-söhbətlər artıq bir müddətdir ki, arxa planda qalıb. Lakin portuqaliyalı oyunçu bu yay klubu ilə 2026-cı ilə qədər yeni müqavilə imzalayandan sonra bu şübhələri geridə qoydu. Yeni müqaviləyə əsasən indi o, həftədə 300.000 funt-sterlinq qazanır. Bu da Silvanı liqada ən çox maaş alan oyunçulardan birinə çevirir. Biz deyə bilmərik ki, o, buna layiq deyil. Silva Mançester təmsilçisinin çempionluq yarışlarının bir çoxunda həlledici rol oynayıb və o, şübhəsiz ki, Avropanın ən yaxşı yarımmüdafiəçilərindən sayılır.
Cek Qriliş (“Mançester Siti”) - Həftəlik 300 min funt-sterlinq
2021-ci ilin yayında “Mançester Siti” Qrilişə rekord məbləğdə pul təklif edəndə bir çox tənqidlərə məruz qaldı. İki il sürətlə inkişaf edən Qriliş hazırda yeni bir insan kimi görünür. 28 yaşlı futbolçu “Mançester Siti”nin üçqat qələbəsində mühüm rol oynayıb və xidmətlərinə görə həftədə 300.000 funt-sterlinq qazandığı təxmin edilir.
Markus Reşford (“Mançester Yunayted”) - Həftəlik 300 min funt-sterlinq
Ümumilikdə 30 qol vurduğu məhsuldar 2022-23 mövsümündən sonra forvard yayda klubu ilə yeni müqavilə imzaladı. Bağladığı, müddəti 2028-ci ilə qədər olan yeni müqavilə ona həftədə 300.000 funt-sterlinq qazandırır. Reşfordun müqaviləsinin bitməsinə hələ beş il qaldığından, bu siyahıdakı hər hansı digər oyunçudan daha uzun müddətli sayılır.
Rahim Sterlinq (“Çelsi”) - Həftəlik 325 min funt-sterlinq
“Çelsi” yayda maaş büdcəsindən çoxlu “ölü ağacları” təmizləmək üçün yaxşı iş gördü. Sterlinq kluba 2022-ci ilin yayında qoşuldu və Todd Behlinin “Stamford Bridge”də həyata keçirdiyi ilk transferlərindən idi. 28 yaşlı futbolçu "Çelsi"də ən çox qazananlardandır və həftəlik 325,000 funt-sterlinq maaş alır. “Çelsi” turnir cədvəlinin zirvəsində rəqabətə qayıtmaq istəyirsə, Sterlinq şübhəsiz ki, həlledici rol oynayacaq.
Rafael Varan (“Mançester Yunayted”) - Həftəlik 340 min funt-sterlinq
“Mançester Yunayted” ardıcıl şəkildə Varanı meydançaya çıxardı və müdafiə xəttində yaxşı seçim etdi. Varan fransız həmkarı Lisandro Martinezlə tandem qurdu və o, şübhəsiz ki, Erik ten Haqın ən güclü “11-liy”inin bir hissəsidir. Bununla belə, “Real”ın keçmiş futbolçusu Premyer Liqadakı karyerası ərzində indiyədək bir sıra zədələrlə üzləşib. 2021-ci ildə "qırmızılar"a qoşulandan bəri, Varan zədə səbəbindən 35 oyun buraxıb. Evə həftəlik 340,000 funt-sterlinq maaş apardığını nəzərə alsaq, Ten Haq onu mümkün qədər meydanda saxlamaq istəyəcək.
Məhəmməd Salah (“Liverpul”) - Həftəlik 350 min funt-sterlinq
Təəccüblü deyil ki, Salah “Liverpul”un ən çox qazanan oyunçusudur. Misirli hücumçu həftədə 350,000 funt-sterlinq qazanır. Bu rəqəm böyük olsa da, Səudiyyə Ərəbistanının hansısa klublarının ona ödəməyə hazır olduğu məbləğlə müqayisədə yəqin ki, solğundur. “Liverpul” azarkeşləri hələlik onu “gəmidə” görməkdən məmnun olacaq. 31 yaşlı ulduz heç də yavaşlama əlamətləri göstərmir və şübhəsiz ki, bu il yenidən bombardirlər siyahısında və onun ətrafında olacaq.
Kazemiro (“Mançester Yunayted”) - Həftəlik 350 min funt-sterlinq
Braziliyalı yarımmüdafiəçi keçən yay “Real”dan “qırmızılar"a transfer olunub. İngiltərədə uğurlu ilk mövsümdən həzz aldı və tez bir zamanda mançesterli azarkeşlərin qəlbində yer tapdı. O, şübhəsiz ki, klubdan gözəl maaş alır. Həftəlik 350 min funt-sterlinq qazanan Kazemiro hazırda “Mançester Yunayted”də ən çox maaş alan oyunçudur.
Erlinq Haland (“Mançester Siti”) - Həftəlik 375 min funt-sterlinq
Haland çox güman müqaviləsi çərçivəsində gəlirli qol bonusuna sahib olacaq. Onun keçən mövsüm vurduğu 52 qoldan sonra nə qədər qazandığını təsəvvür etmək çətindir. Həftədə 375.000 funt-sterlinq onun üçün gülməli pul olsa da, maaşını nəzərə alsaq, Haland hər qəpiyə dəyər. Məhz onun qolları “Mançester Siti”nin rekord qırmasına səbəb olmuşdu.
Kevin De Brüne (“Mançester Siti”) - Həftəlik 400 min-funt sterlinq
Bu il zədə səbəbindən belçikalını meydanlarda çox görmürük. Lakin o, şübhəsiz ki, mövsümün ikinci yarısında həlledici rol oynayacaq. Yarımmüdafiəçi son on ildə Premyer Liqanın ən yaxşı oyunçularından biridir. Deməli, o, ən çox maaş alan oyunçu olmağa layiqdir.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay