İngiltərə Çempionşipinin ən çox qazanan futbolçuları (SİYAHI)
İngiltərənin reytinq baxımından ikinci ən güclü liqası sayılan Çempionşipdə 2023-24 mövsümünün başlamasına az vaxt qalıb. Hələlik İngiltərə Premyer Liqasında Çempionşipə düşmüş üç komanda - “Lester”, “Lids” və “Sauthempton” favorit sayılır. Həmişə olmasa da Çempionşipin favorit klublarında yüksək maaş alan ulduzlar çıxış edir.
Elə 2023-2024 mövsümündə Çempionşipdə müqavilələrinə əsasən ən çox maaş alacaq futbolçular da məhz həmin klubların heyətindədir.
Valyuta.az “Capology”də yer alan rəqəmlərə əsasən 2023-24-cü illərdə Çempionşipdə ən çox qazanacaq futbolçuların siyahısını təqdim edir. Siyahı artan qrafiklə tərtib olunub.
Corcinio Ratter (“Lids”)
İllik məvacib - 3 640 000 funt-sterlinq
“Lids”in keçmiş idman direktoru Viktor Orta son günlərdə bir çox ciddi addımlar atmağa çalışdı. Lakin şübhəsiz, ən çox düşündürücü qərar, yanvarda klub üçün rekord qiymət sayılan 35,5 milyon funt-sterlinqə “Hoffenhaym”dan Ratteri transfer etmək və çətinliklə də olsa onu oynatmaq idi. Ancaq bu qədər ödənişin qarşılığında Ratter Premyer Liqada cəmi 266 dəqiqə meydanda oldu. 21 yaşlı futbolçunun Almaniyaya qayıtması ilə bağlı fikirlər səslənirdi, lakin hələlik o, “Elland Road”da qalmağa və Daniel Farkenin yenidənqurma layihəsində iştirak etməyə hazırlaşır. O, komanda yoldaşı Patrik Bemford, “Sauthempton”dan Co Aribo və “Lester”dən Cannik Vesterqaard qədər qazanır. Ancaq siyahıya salınmasına səbəb onun müqaviləsinin müddətidir. Belə ki, futbolçunun müqaviləsi 2028-ci ilə qədərdir.
Patson Daka (“Lester”)
İllik məvacib - 3 900 000 funt-sterlinq
Zambiya millisinin üzvü 2021-ci ildə “Zaltsburq”dan “Lester”ə Avropanın ən perspektivli gənc hücumçularından biri kimi transfer edilib. O, son bir neçə il ərzində potensialının müəyyən hissəsini nümayiş etdirdi. Ancaq “tülkülər” keçən mövsüm ərzində ondan daha çox qol gözləyə bilərdilər. "Everton" və "Roma" 24 yaşlı futbolçunu transfer etmək fikrindədir. “Lester” onu inkişaf etdirə bilsə, komandada oyundəyişdirici ola bilər.
Dennis Praet (“Lester”)
İllik məvacib - 3 900 000 funt-sterlinq
Yuri Tilemans, Harvi Barns və Ceyms Meddison kimi əsas futbolçular Premyer Liqa klublarına getmiş ola bilər, lakin “Lester”in yeni baş məşqçisi Enzo Mareska aşağı liqaya düşmələrinə baxmayaraq hələ də çox yaxşı hesab edilən heyətin əsas hissəsinə sahibdir. “Torino”nun Praetə müqavilə bağlamaq təklifini rədd etdikləri bildirilir. “Lester” isə belçikalı yarımmüdafiəçinin 7 milyon funt-sterlinq dəyərindəki müqaviləsi ilə davam edir. Onun transfer pəncərəsi bağlandıqdan sonra klubda qalıb-qalmayacağı bilinmir. Keçən mövsüm ən yaxşı deyildi, lakin texniki bacarıqları Praeti 2023-24 mövsümündə “Lester” üçün önəmli fiqura çevirə bilər.
Vilfred Ndidi (“Lester”)
İllik məvacib - 3 900 000
İngiltərə Kubokunu qazanması və Çempionlar Liqasındakı çıxışına görə “Lester”lə davam edəcəyi gözlənilir. Nigeriya millisinin üzvü “Tülkülər”in Asiyadakı mövsümöncəsi matçlarında iştirak etdi, lakin “Nottingem Forest” onun transferində israrlıdır. "Lester" nigeriyalını 20 milyon funt-sterlinq dəyərində qiymətləndirir.
Bubakari Sumare (“Lester”)
İllik məvacib - 4 160 000 funt-sterlinq
Fransanın U-21 millisinin sabiq üzvü “Lill”in heyətində 2020/2021 mövsümündə özünü yaxşı tərəfdən göstərmişdi. Ancaq Daka ilə eyni dönəmdə 17 milyon funt-sterlinq qarşılığında transfer edilən Soumare “Lester”də gözləniləni verə bilmədi. Buna baxmayaraq yarımmüdafiəçinin şəcərəsinin onunla maraqlanan Avropanın ən yaxşı klublarından birinə - “Napoli”yə keçməsini hələ də görmək ümidi var.
Keleçi İheanaço (“Lester”)
İllik məvacib - 4 160 000 funt-sterlinq
Premyer Liqada 196 oyun keçirən İheanaço xeyli təcrübəli və “Lester”də ən çox qazanan oyunçulardan biridir. 26 yaşlı nigeriyalının 2021-ci ildə imzaladığı üçillik müqavilənin bitməsinə cəmi bir il qalıb. Ona görə də “Lester”in futbolçunun satışından pul qazanmaq şansı var. Məlumatlara görə, İhenaçonu “Everton” öz heyətində görmək istəyir.
Rikardo Pereyra (“Lester”)
İllik məvacib - 4 160 000
Pereyra sonuncu dəfə müqaviləsinin müddətini 2022-ci ilin fevralında uzadıb və o, 2026-cı ilə qədər “King Power”də qalacaq. Vaxtilə Premyer Liqanın ən yaxşı müdafiəçilərindən biri hesab olunurdu. Lakin zədə problemlərinin onunla maraqlanan hər kəsi ruhdan saldığını təsəvvür edirsiniz? Pereyra keçən dövr ərzində cəmi beş liqa matçında oynadı. Bu davamiyyətlə deyəsən, Pereyra klubunda qalacaq. Formasını saxlayacağı təqdirdə, o, Mareskanın qurduğu layihə üçün vacib oyunçu ola bilər.
Cek Harrison (“Lids”)
İllik məvacib - 4 680 000 funt-sterlinq
Yanvarda “Lids” Harrison üçün 22 milyon funt-sterlinqlik təklifi qəbul etdi. Apreldə isə “Elland Road”da yeni, beşillik müqavilə imzalandı və o, indi Rodriqonun gedişindən sonra “Lids”in ən çox qazanan oyunçusudur. Harrisonun yaxın həftələrdə Premyer Liqaya qayıtması heç də çətin deyil. Ən yaxşı və sabit oyunçularından birini itirmək “Lids” üçün böyük zərbə olardı. Lakin klubun transfer büdcəsi və yüngülləşdirilmiş əmək haqqı layihəsi müsbət hal kimi dəyərləndirilə bilər.
Ceyms Vard-Provse (“Southempton”)
İllik məvacib - 5 200 000
Çempionşipin ən dəyərli oyunçularından biri kimi qiymətləndirilən Ceymsi şübhəsiz, “Sauthempton” buraxmaq istəməz. İngiltərə millisinin üzvü 2011-ci ildə “Southempton”dakı debütündən bəri 400-dən çox oyuna çıxıb. Vard-Provse, Deklan Raysdan sonra ona 105 milyon funt-sterlinq təklif edən “Vest Hem”in transfer siyahısındadır.
Ceymi Vardi (“Lester”)
İllik məvacib - 7 280 000
Vardinin Çempionşipin ən çox qazanan oyunçusu olacağı tamamilə məntiqlidir, elə deyilmi? “Lester”in qəhrəmanı, İngiltərə Premyer Liqasında titul və “Qızıl buts” sahibidir. Hətta 36 yaşında belə, Vardini ikinci liqada çox qol vurmaq üçün dəstəkləyəcəklər.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay