BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
29154

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hafize Qaye Erkanı Mərkəzi Bankın sədri təyin edib. 

HİT.az xəbər verir ki, Anadolu Agentliyi 180-dən çox ölkənin Mərkəzi Bank rəhbərləri ilə bağlı araşdırma aparıb. Məlum olub ki, 2013-cü ildə qadınların idarə etdiyi mərkəzi bankların sayı 21 idisə, bu rəqəm 2023-cü ildə 22-yə yüksəlib. Hafize Qaye Erkanla birlikdə bu rəqəm 23 olub.

Kristin Laqard 2019-cu ildən Avropa Mərkəzi Bankının (ECB) prezidentidir.

Yorqovanka Tabakoviç 2012-ci ilin avqustundan Serbiya Mərkəzi Bankının prezidenti, Janett Semeleer isə 2008-ci ildən Aruba Mərkəzi Bankının prezidentidir.

Şindi Şotland 2002-ci ildən Kayman Adaları Maliyyə Təşkilatının, Rosanna Kosta 2022-ci ildən Çili Mərkəzi Bankının, Malanqu Kabedi-Mbuyi 2021-ci ildən Konqo Demokratik Respublikası Mərkəzi Bankının, Rebekka Patrisia Santoman Rivera 2022-ci ildən Honduras Mərkəzi Bankının, Anita Angelovska Bejoska 2018-ci ildən Makedoniya Respublikası Mərkəzi Bankının, Nor Şamsiah Mohd Yunus isə 2018-ci ildən Malayziya Mərkəzi Bankının sədridir.

Viktoriya Rodriges Keja 2022-ci ildən Meksika Bankının, İda Volden Baxe 2022-ci ildən Norveç Bankının, Elvira Nabiullina 2013-cü ildən Rusiya Mərkəzi Bankının, Maiava Atalina Ainuu-Enari 2011-ci ildən Samoa Mərkəzi Bankının, Katiya Tomasetti 2018-ci ildən San Marino Mərkəzi Bankının, Karolin Abel 2012-ci ildən Seyşel Adaları Mərkəzi Bankının, Nquyen Ti Honq 2020-ci ildən Vyetnam Mərkəzi Bankının, Elizabet Qenia 2023-cü ildən Papua Yeni Qvineya Mərkəzi Bankının, Tan Tan Sve isə 2022-ci ildən Myanma Mərkəzi Bankının rəhbəridir.

Digər tərəfdən, ABŞ-da bəzi regional mərkəzi banklara qadınlar rəhbərlik edir. Syuzan Kollinz 2022-ci ildən Boston FED-in, Lori Loqan 2022-ci ildən Dallas FED-in, Loretta Mester 2014-cü ildən Klivlend FED-in, Meri Deyli isə 2018-ci ildən San Fransisko FED-in prezidentidir.

Mərkəz Bankının qadın sədrləri siyahısına son qoyularaq Türkiyə Mərkəzi Bankının İdarə Heyətinin sədri vəzifəsinə təyin edilən Hafize Qaye Erkan da qatılıb.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin