BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
27707

Azərbaycan incəsənət aləmindəki sənətçilər və aktyorlar arasında müxtəlif vəzifələrdə çalışanlar var. Onlar mahnıları və canlandırdıqları obrazları ilə yanaşı zaman-zaman təyin olunduqları müxtəlif vəzifələrlə də gündəmə gəliblər. Bu tanınmışlar arasında Xalq artistləri və Əməkdar artistlər var.

Valyuta.az baku.ws-ə istinadən oxuculara vəzifədə çalışan müğənnilərin və aktyorların siyahısını təqdim edir:

Xalq artisti Rasim Balayev

Xalq artisti Rasim Balayev 2022-ci ilin mayın 31-də Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) sədr seçilib. Bununla bağlı bu gün AKİ-də tədbir keçirilib, ittifaqın sədrliyinə açıq səsvermənin keçirilməsi təklif edilib. AKİ-nin əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov 2022-ci ilin martın 10-da Rusiyada vəfat edib. Xalq yazıçısı Anar mərhum Rüstəm İbrahimbəyovu hörmət və ehtiramla andıqdan sonra onun yerinə Xalq artisti Rasim Balayevi namizəd kimi təqdim edib. İclas iştirakçıları Rasim Balayevin namizədliyini yekdilliklə təsdiqləyiblər.

Xalq artisti Valeh Kərimov

Xalq artisti Valeh Kərimov Mingəçevir Dövlət Dram Teatrında quruluşçu rejissor kimi işə başlayıb. Aktyor bu ilin martın 23-dən Mingəçevir teatrında həm aktyor, həm də quruluşçu rejissor kimi çalışır. Valeh Kərimov xalqın yaddaşında "Bəxt üzüyü" filmindəki Moşu obrazı ilə daha çox qalıb, daha çox sevilib.

Xalq artisti Yusif Eyvazov

Xalq artisti Yusif Eyvazov bu il aprelin 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına direktor təyin olunub. Bununla bağlı mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli müvafiq əmr imzalayıb. Y.Eyvazov opera müğənnisi, dramatik tenor, Azərbaycan Respublikasının Xalq artistidir.

Xalq artisti Fidan Hacıyeva

Xalq artisti Fidan Hacıyeva 2020-ci ilin mayın 21-də Daxili Qoşunların Nümunəvi göstərici hərbi orkestrinin rəis müavini - mahnı ansamblının rəisi təyin edilib. F.Hacıyeva eyni zamanda Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin direktorudur.

Xalq artist Samir Cəfərov

Xalq artisti Samir Cəfərov 2017-ci ildə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub. O, bu vəzifəyə keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə təyin edilib. Samir Cəfərovun repertuarında Avropa və Azərbaycan bəstəkarlarının operalarının aparıcı partiyaları, habelə mahnı və romanslar təmsil olunub. Rusiya, İspaniya və s. ölkələrdə qastrol səfərlərində olub.

Xalq artisti Ramiz Həsənoğlu

2019-cu ilin yanvarında Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) kadr islahatları keçirilib. QSC-nin sədr vəzifəsini icra edən Rövşən Məmmədov "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin direktoru, əməkdar jurnalist Səyavuş Məmmədovu vəzifəsindən azad edib. Onun yerinə xalq artisti Ramiz Həsənağa oğlu Mirzəyev təyin edilib.

Xalq artisti Murad Hüseynov

Xalq artisti Murad Hüseynov 2023-cü ilin martın 1-dən Mədəniyyət nazirinin müavini vəzifəsində çalışır. O, bu vəzifəyə Prezident İlham Əliyevin Sərəncamı ilə təyin edilib. Murad Hüseynov bu təyinatadək Beynəlxalq Muğam Mərkəzinin direktoru vəzifəsini icra edib. Pianoçu, beynəlxalq müsabiqələr laureatı, Azərbaycanın Xalq artistidir. 2001-ci ildən Bakı Musiqi Akademiyasında müəllim-professor kimi fəaliyyət göstərir. O, Bakı Musiqi Akademiyasının və Paris Ali Musiqi Akademiyasının məzunudur.

Əməkdar artist Teymur Əmrah

Əməkdar artist Teymur Əmrah 2017-ci ildə Gəncə Dövlət Filarmoniyasında vəzifəyə təyin edilib. Sənətçi artıq xeyli müddətdir, filarmoniyanın direktoru, Xalq artisti Samir Cəfərovun müavini vəzifəsini icra edir.

Müğənni Əlikram Bayramov

2022-ci ilin noyabrında tanınmış müğənni Əlikram Bayramova vəzifə verilib. O, doğulduğu Biləsuvar rayon Mədəniyyət Mərkəzinin direktor müavini təyin olunub. Bundan sonra Əlikram Bayramov Biləsuvara köçüb. Hazırda orda yaşayır və fəaliyyət göstərir.

Əməkdar artist Nigar Şabanova

Əməkdar artist Nigar Şabanova 2022-ci ilin martında Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solisti seçilib. Bu barədə müğənni “Həmin Zaur” verilişində məlumat verib. “Bir ayı tamam olmayıb. İşimlə fəxr edirəm. Gələcəyin hərbçisi olacağam deyə qürurluyam”, - deyə Nigar ona yeni vəzifə verilməsindən danışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin