İnternetdə bank kartından təhlükəsiz istifadə QAYDALARI
Günümüzdə internet müxtəlif məqsədlər üçün istifadə olunur. İnsanlar evlərini, iş yerlərini tərk etmədən alış-veriş edə və ya bank əməliyyatlarını internet üzərindən həyata keçirə bilirlər. Kredit kartlarının köməyi ilə etdiyiniz bu fəaliyyətlər zamanı dələduzluq halları ilə üzləşməyiniz qaçılmazdır.
Valyuta.Az internetdə istifadə zamanı bank kartlarının təhlükəsizliyi baxımından vacib olan qaydaları təqdim edir.
Bank hesab məlumatlarınızın təhlükəsizliyinə görə müəyyən qaydalara əməl etmək vacibdir. Əvvəlcə kompüterinizdə brauzer və antivirusun yenilənmiş vəziyyətdə olmasından əmin olun. İctimai kompüterlərdən istifadə etdikdən sonra brauzerləri bağlayın və yaxud daxil olduğunuz veb-səhifələrdən çıxış edin. Bu, başqa bir istifadəçinin “geriyə düyməsini” basaraq, sizin şəxsi məlumatlarınızı aşkar etməsinin qarşısını alır.
Həmçinin onlayn alış-veriş edərkən, etibarlı və nüfuzu olan mağazaların saytlarına müraciət edin. Alış-veriş etdiyiniz saytda məxfilik siyasətini oxuyun (əgər yoxdursa, bu, artıq mənfi haldır) və təhlükəsizlik vəziyyətinin hansı yerdə olduğunu müəyyənləşdirin. Onlayn alış-veriş saytlarında qeydiyyatdan keçərkən altı simvoldan çox olan mürəkkəb şifrələrdən istifadə edin və çalışın ki, hərflər və rəqəmlər fərqli yerlərdə olsun. Bundan əlavə, saytda olan bəzi təhlükəsizlik simvollarına nəzər yetirin. Brauzerin vəziyyət panelində kilid (padlock), URL-də “http”dən sonra “s” və ya “Secure Sockets Layer” (SSL)-in olması vacibdir.
Şəxsi hesab məlumatlarınızı (kartınızın parolunu, nömrəsini) e-poçt və ya telefonla heç kimə deməyin və ya göndərməyin. Tanımadığınız şəxslərə və ya şirkətlərə öz hesab kartınızın məlumatlarını göndərməyin. Məlumdur ki, məşhur e-poçt fırıldaqçılıq formalarından biri “ fişinqdir”. Bu cür e-poçtlar sizdən kart hesab məlumatlarınızı istəyir və ya sizi saxta veb-səhifəyə yönləndirir. Beləliklə, öz hesab məlumatlarınızı saxta səhifəyə daxil etməyinizlə şəxsi məlumatlarınız oğurlanmış olur.
Xəbərdarlıq mesajı xidmətindən istifadə edin. Belə ki, bu xidmətdən istifadə etdikdə bank hesabınıza edilən müdaxilələr barədə sizə xəbərdarlıq mesajı göndəriləcək. Kredit kartınızın parolunu və nömrəsini isə elektron poçt hesabınızda və yaxud kompüterdəki fayllarda saxlamayın.
Banklara gəldikdə isə istər yerli, istərsə də digər banklar mütləq şəkildə müasir texnologiyalaşdırılmış avadanlıqlardan istifadə etməlidir. Banklar öz müştərilərini təhlükəsizlik üçün mesaj formasında və yaxud öz sayt reklamlarında m
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay