BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
22644

Artıq ölkə boyu taxıl biçini başlayıb. Fermerlər əvvəlcə arpa biçinini aparırlar, Aran rayonlarında artıq buğda biçini də başlayıb. Hazırda biçin prosesinə ümumilikdə 1371 kombayn cəlb olunub. Sahələrdə texnika çatışmazlığı müşahidə edilmir. 

Pandemiya bitməmiş müxtəlif ölkələrdə münaqişələrin olması ərzaq təhlükəsizliyi məsələsini bir daha aktuallaşdırdı. BMT-nin proqnozlarına görə, bu il dünya üzrə taxıl qıtlığı gözlənilir. Bu səbəbdəndir ki,  Azərbaycan da ölkə daxilində taxıl əkinlərinin artırılmasını prioritet kimi görür. Hazırda ölkə üzrə taxıl biçininə başlanılıb.    

Onu qeyd edək ki, bu il Azərbaycanda 1 milyon hektara yaxın sahədə payızlıq taxıl əkini aparılıb. Hazırda sahələrdə taxıl biçini aparılır. İyunun 19-dək 254 985 hektar sahədə biçin prosesi başa çatıb. Sahələrdən 587 259 ton arpa, 125 778 ton buğda yığılıb. Hazırda biçin, əsasən, arpa sahələrində aparılır. Biçilmiş ərazilərin 212 743 hektarı arpa sahələrinin payına düşür. Ölkə üzrə buğda sahələrində kütləvi biçinə isə iyunun sonlarında Aran rayonlarında start veriləcək.

Bəs biçin prosesi necə təşkil olunub? Sahələrdə məhsuldarlıq necədir? Fermerlər hansı problemlərlə üzləşirlər?

Biçində 1371  kombayn iştirak edir

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirdi ki, hazırda biçin prosesinə 1371 kombayn cəlb olunub: “Kombaynların 524-ü “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin balansında olanlardır. Bundan başqa, biçində fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əlavə 847 kombayn da iştirak edir. “Aqroservis” ASC əvvəlki illərdə olduğu kimi bu il də sosial biçin siyasəti aparır, qurumun kombaynları ilkin mərhələdə 50 hektardan aşağı olan sahələrin biçilməsinə cəlb olunub”. 

“Kombayn çatışmazlığı ilə bağlı müraciət daxil olmayıb”

Nazirlik rəsmisi vurğulayıb ki, bu mövsüm biçin prosesində kombayn çatışmazlığı ilə bağlı nazirliyin Çağrı Mərkəzinə və “Aqroservis” ASC-yə müraciət daxil olmayıb: “Rayonların kombaynlara olan tələbatı əvvəlcədən müəyyənləşib və biçindən əvvəl tələb olunan sayda kombaynlar ərazilərdə dislokasiya olunub. Tələbatın artması ilə əlaqədar “Aqroservis” ASC tərəfindən hazırda biçin aparılmayan digər rayonlardan aktiv biçin gedən ərazilərə əlavə kombaynlar gətirilib”. 

“İlkin göstəricilər iyulun ikinci ongünlüyündə formalaşacaq”

V.Hüseynov qeyd etdi ki, əsas biçin prosesi arpa sahələrində aparıldığına görə, orta məhsuldarlıq göstəricisi yalnız arpa üzrə formalaşıb: “Ümumi taxılçılıqla bağlı ilkin göstəricilər buğda biçini ən azı 60 faizə çatdıqdan sonra, yəni iyulun ikinci ongünlüyündə formalaşacaq. Hazırda arpa üzrə orta məhsuldarlıq 28 sentner təşkil edir, biçin prosesi davam etdikcə bu rəqəmin dəyişəcəyi gözlənilir.

Kənd Təsərrüfatı Nazirliyi biçin prosesini təşkil etməklə yanaşı, həmçinin fermerlər arasında biçindən sonra yay şumunun aparılmasının əhəmiyyəti ilə bağlı maarifləndirmə işlərinə başlayıb. Fermerlərə biçini başa çatdırdıqdan sonra sahələrdə dərin şum aparmaq tövsiyə olunur. Yay şumu payızlıq səpinə qədər torpaqda mineral gübrə ehtiyatının toplanmasına, gəmirici yuvalarının dağıdılmasına, eyni zamanda torpağın strukturunun yaxşılaşmasına imkan verir. Bu aqrotexniki tədbir nəticəsində növbəti əkin dövründə fermerlərin əkin xərcləri azalır, xüsusilə gəmiricilərə qarşı dərmanlama tədbirlərinə çəkilən xərclər minimuma enir. Xərclərin azalması, məhsuldarlığın artması həm də fermerlərin gəlirlərinin artması deməkdir”.

“Buğda vaxtında biçilməlidir”

Kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli isə bildirdi ki, ölkədə, əsasən, arpa biçini dönəmində texnika problemi olur: “Amma buğda biçini zamanı belə problem yaşanmır. Buğda bir az həssas bitkidir və biçin zamanı buna diqqət edilməlidir, vaxtında biçilməlidir. Artıq dağlıq əraziləri çıxmaq şərti ilə arpa sahələrinin böyük hissəsi biçilib. Artıq Aran rayonlarında buğda biçininə də başlanılıb. Hələlik buğda biçini ilə bağlı texnika, kombayn çatışmazlığı müşahidə etmirik”.

“Məhsuldarlığın aşağı olacağı qənaətindəyəm”

Buğdanın məhsuldarlığı ilə bağlı gözləntilərə toxunan C.İbrahimli qeyd etdi ki, əksər ölkələrdə biçinə bir neçə gün qalmış təxmini gözləntilər müəyyənləşdirilir və elan olunur. Amma bizdə belə deyil: “Bu il bizdə məhsuldarlığın aşağı olacağı qənaətindəyəm. Xüsusilə gübrələrlə bağlı problemləri qeyd edərdim. Bu il həm şumaltı, həm də yemləmə gübrələrinin qiyməti çox qalxdı. Rusiya yemləmə gübrəsinin idxalına məhdudiyyət qoydu və bu, karbamidlə əvəz olundu. Ona görə də qiymətlərin bahalaşması, xüsusilə yemləmə üçün lazım olan ammonim-nitrat gübrəsinin olmaması kimi faktorlar birləşəndə əvvəlki illərlə müqayisədə məhsuldarlığın aşağı olacağını proqnozlaşdıra bilərik. Amma bütün bunlar gözləntilərdir. Hesab edirəm ki, yaxın zamanlarda real biçim rəqəmləri müəyyənləşəcək”.   

Mənbə: "Kaspi" qəzeti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin