BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
21842

Rusiyanın iri market şəbəkələri Azərbaycandan ildə 6-8 milyon ədəd yumurta idxalı üçün təklif göndəriblər. Təklifi dəyərləndirmək üçün hazırda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə sənədləşmə işlərinin sürətləndirilməsi istiqamətində işlər aparılır. Sənədlər qaydasına salındıqdan sonra Rusiyaya yumurta ixrac edəcəyik. Bəs bu ixracdan qazancımız nə olacaq? Bir müddət öncə yumurtanın qiymətləri yüksək idi. “Kənd” yumurtası 30 qəpik, “şəhər” yumurtasının qiymətləri 18-20 qəpik arasında dəyişirdi. Hazırda isə marketlərdə broyler yumurtası 11-12 qəpiyə satılır. Bəs Rusiyaya yumurta ixracı yerli bazara təsir edəcəkmi? Ümumiyyətlə, ixrac üçün potensial varmı?

“Onlara veriləcək yumurta artıqlaması ilə var”

“Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli “Kaspi”yə açıqlamasında bildirir ki,  yumurta ilə bağlı heç bir problemimiz yoxdur: “Azərbaycanda süfrə yumurtasına gündəlik tələbat, təxminən 3 milyon 600 min ədəddir. Bundan 20-30 faiz də artıq istehsal edirik. Təxmini 5,2-5,3 milyon civarında istehsalımız var. Rusiyanın iri market şəbəkələri isə illik 6 milyon 800 min yumurta istəyir. Əgər müqavilə bağlanarsa, onlara veriləcək yumurta artıqlaması ilə var”.

“Anbarlarda 45 milyon yumurta qalıb”

Mütəxəssis vurğulayır ki, Azərbaycanda anbarlarda 45 milyon yumurta qalıb: “Bu gün üçün bizim anbarlarda daxili tələbatdan artıq 45 milyona yaxın yumurta yığılıb. Hazırda ölkəmizdə fəaliyyət göstərən quşçuluq müəssisələri nəinki daxili bazarı yumurta və quş əti ilə tam təmin etmək imkanındadır, həmçinin xarici ölkələrə ixrac üçün də ciddi potensial formalaşıb. Son aylarda quşçuluq təsərrüfatları tərəfindən ölkənin daxili tələbatından 10 milyonlarla artıq yumurta istehsalı qeydə alınmaqdadır. Yumurtaya tələbat olsa, daha çox istehsal edə bilərlər. Biz maksimum şəkildə çalışırıq ki, bazardakı artıq yumurtanı ixrac edək. Həm süfrə yumurtasının ixrac qabiliyyəti artsın, həm də bu sahədə bazarda ümumi tələb-təklif formalaşdıra bilək”. 

Xaricdən yumurta ilə gələn valyuta...

Həmsöhbətimizin sözlərinə görə, bu gün bazarda təklif çox, tələb az olduğu üçün yumurtanın qiyməti maya dəyərindən də xeyli aşağı satılır: “Yəni maya dəyəri 15-17 qəpiyə olan yumurtanı bu gün pərakəndə şəkildə 8-9 qəpiyə satırlar. Yarı qiymətindən də aşağıdır. Marketlərdə yumurta 12-13 qəpiyə satılır. Maya dəyərindən aşağı satıldıqda istehsalçı şirkətlər də ziyana gedir və bu da onların fəaliyyətini dayandırmasına gətirib çıxarır. Yaxın gələcəkdə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) köməkliyi ilə ixrac qabiliyyətimizi artıra bilsək, həm istehsalçıların vəziyyəti yaxşılaşar, həm də xaricdən gələn valyuta aldıqları yem üçün yeni pul mənbəyi yaradar”.

“Bazarda rəqabət çoxdur”

Yumurtanın daxili bazarda bahalaşma ehtimalına gəldikdə isə müsahibimiz vurğulayır ki, yumurta ixracı daxili bazarlarda qiymətlərə təsir etməyəcək: “Daxili bazarlarda qiymətə təsir etmədən ixrac edə bilərik. Çünki bazarda ciddi istehsal olduğu üçün rəqabət də çoxdur. Yumurta qıtlığı olmadığından, qiymətlərə heç bir təsiri olmayacaq”.

Yumurtanın qiyməti kəskin bahalaşsa da...

İqtisadçı ekspert Xalid Kərimli deyir ki, yumurtanın daxili bazarı ödəmək səviyyəsi 100 faizdir: “Yumurta tək-tük ərzaqlardandır ki, Azərbaycan öz bazarını tam olaraq təmin edir. 2020-ci ildə Statistika Komitəsi tərəfindən yayılan məlumata əsasən, illik 2 milyarda qədər yumurta istehsal olunub. Daxili bazarın da tələbi 1,7-1,8 milyard ədəd olub. Yumurtanın istehsalı və daxili bazarı ödəmək səviyyəsi 100 faizdir. Tələbatı ödəmək üçün xaricdən idxal olunmur. Ancaq yerli istehsalla təmin edilir. Ötən illərə nəzər salsaq, görərik ki, yumurtanın qiyməti kəskin bahalaşsa da, sonradan məhsul artıqlığının yaranması qiymətləri nisbətən stabilləşdirib və aşağı salıb. Yəni 1 il öncə ilə müqayisədə yumurtanın qiymətində ucuzlaşma var. Bu da istehsal çoxluğu ilə əlaqəlidir”.

“Daşınma xərcləri dəyərindən də yüksəkdir”

Ekspert vurğulayır ki, istehsalla əlaqədar olaraq, xərclər ciddi surətdə artıb. Bu vəziyyət fermerləri narahat edir: “Yumurtanı istədiyi qədər sata bilmədiyinə görə, fermerlər əziyyət çəkir və gəlir itkisinə məruz qalırlar. Bir nüans da ondan ibarətdir ki, yumurtanın ədədinin qiyməti ucuz olsa da, tutumu böyükdür və çox yer tutur. Bu səbəbdən bir yumurtaya düşən daşınma xərcləri onun dəyərindən də yüksəkdir. Buna görə də, adətən yumurtanın beynəlxalq ticarətdə istifadəsi mənasızdır”. 

Bu ixraca sevinmək olar?

Məhz daşınma xərclərinə görə, hazırda hər kəs özü istehsal etməyə üstünlük verir: “1 yumurtaya düşən daşınma xərcinin kəskin baha olması səbəbindən hamı öz ölkəsində özünü təmin etməyə çalışır. Bir yumurtaya düşən xərc böyük olduğu üçün ixrac əhəmiyyətli məhsullar siyahısında deyil. Amma Rusiya bazarında tələbat varsa və fermerlərə qiymətlər sərf edirsə, bunun ixracına ancaq sevinmək olar. Bu, daxili bazarda ciddi problemlər yaratmayacaq”.

Mənbə: "Kaspi" qəzeti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin