Azərbaycanda hansı banklar Rusiyadan pul köçürmələrini qəbul edir? (ARAŞDIRMA)
Məlum olduğu kimi, Ukrayna-Rusiya münaqişəsindən sonra tətbiq edilən sanksiyalar səbəbindən Rusiya ilə Azərbaycan arasında sürətli pul köçürmələrində məhdudiyyətlər yaranıb. Bəzi pul köçürmə sistemlərinin rublla köçürmələri dayandırması Azərbaycan banklarının bu istiqamətdə fəaliyyətinə mənfi təsir edib.
“APA-Economics”in araşdırmasına görə, son bir ayda Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 11-i rublla, 7 bank isə dollarla köçürmələri dayandırıb. 3 bank (“Muğanbank”, “Accessbank” və "Yapi Kredi Bank Azərbaycan”) vasitəsilə Rusiyadan sürətli pul köçürmələri tamamilə dondurulub.
Ölkədə 9 bank Rusiyadan dollar köçürmələrini, 7 bank isə rubl köçürmələrini manata konvertasiya olunmaqla müştərilərinə təqdim edir. “Bank Respublika” 3500 dollardan, “Bank Avrasiya” isə 2000 dollardan yuxarı köçürmələri manata konvertasiya edir.
“Bank BTB”, "Yelo Bank" və “Expressbank”dan isə “APA-Economics”ə bildirilib ki, dollarla köçürmələr kassadakı məbləğdən aslı olaraq dollar və ya manata konvertasiya olunmaqla təqdim edilir.
“Azər-Türk Bank”dan isə bildirilib ki, sürətli pul köçürmələri yalnız Şirvan və Naxçıvan filialları üzrə aparılır. Bank Rusiyadan həm dollar, həm rubl üzrə pul köçürmələrini qəbul edir, amma Azərbaycandan Rusiyaya dollar üzrə köçürmələr dayandırılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay