Azərbaycanda şəkər bahalaşan ərzaqların siyahısına keçdi - ARAŞDIRMA
Azərbaycanda son ildə şəkər istehsalının artması ilə bağlı müsbət meyillər müşahidə edilsə pərakəndə ticarət bazarında qiymətlər “od götürüb yanır”. Gündəlik istehlak edilən ərzaqlar içində duru yağdan sonra ikinci ən böyük bahalaşma olan qənd və şəkər tozunun qiymətləridir.
Valyuta.az xəbər verir ki, Banker.az bu barədə ölkədəki şəkər və onun tozunun qiymətləri ilə bağlı araşdırma edib.
Ölkədə rəsmi ortastatistik olaraq təkcə bir il ərzində yerli istehsal olan 1 kiloqram şəkər tozunun qiyməti 28% bahalaşma yaşayıb. 2020-ci ilin 1 iyluna onun qiyməti 0.97 manat olduğu halda, bu ilin eyni dövrünə 1.24 manata yüksəlib. Son bir aylıq dinamikada isə 1.4% bahalaşma müşahidə edilir. İdxal olunan şəkər tozunun qiymətində artım daha çoxdur. Ötən ilin iyulun 1-də satılan bu məhsulun qiyməti 1.20 ₼/kq olduğu halda, cari ilin iyununda 1.55₼/kq-ya və iyulunda 1.58₼/kq olmuşdur.
Super marketlərdə 2020-ci ilin iyun-iyul aralğında şəkər tozunun 1.09 ₼/kq olduğunu görünür. Üstündən bir il keçib və “Araz Supermarket”, “Bazar Store”, “Bravo” və “Bizim Market”də 1.90 ₼/kq-a qədər yüksəlir.
Yerli istehsal olan qəndin qiyməti 1.20₼/kq-dan 1.58₼/kq-ya qədər yüksəlib. Bu da son bir ayda 2.3%, illik müqayisədə 31.3% artmışdır. Bu yuxarıda qeyd edilən marketlərdə öncəki ildə 1.42-1.49₼/kq olduğu halda, hazırda 2.43₼/kq-dan artıq baha satılır.
Xatırladaq ki, 2021-ci ilin ilk yarımilindəki statistikaya görə respublika ərazində 169.6 min ton qənd və şəkər tozu istehsal edilib. Bu da 79.3% illik müqayisədə artım deməkdir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay