Bu banklar milli və xarici valyuta ilə əmanət üçün etibarlıdır - ARAŞDIRMA
2021-ci ilin may ayı üçün sərfəli şərtlərlə bir il müddətinə dollar və manatla əmanəti yerləşdirməyin mümkün olduğu banklar araşdırılıb.
Valyuta.az Banco.az-a istinadən xəbər verir ki, 5 apreldən etibarən banklarda fiziki şəxslərin xarici valyuta ilə qoyduğu əmanətlər illik faiz dərəcəsi 2,5%-i keçmədiyi halda 100 min manatın dollar ekvivalenti qədər qorunur.
Aprel ayı ilə müqayisədə manatla əmanətlərdə iki bankda azalma, bir bankda isə artım müşahidə olunub. Müddətli əmanətlərin faizləri Ziraat Bankda 3%, Azərbaycan Beynəlxalq Bankında 1% azalıb. VTB Bank Azərbaycanda isə 0,5% artım olub.
Qeyd edək ki, 5 apreldən etibarən banklarda fiziki şəxslərin milli valyuta ilə qoyduğu əmanətlər illik faiz dərəcəsi 12%-i keçmədiyi halda 100 min manatadək qorunur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay