Aqrar
15.12.2024 / 09:11
Bu sahəyə ayrılan vəsaitin həcmi 30 milyon manatdan çox artırılır
61444
Gələn il üçün dövlət büdcəsində kənd təsərrüfatı sahəsinə ayrılması nəzərdə tutulan vəsaitin həcmi 30 milyon manatdan çox artırılır.
APA-nın xəbərinə görə, Milli Məclisin birinci və ikinci oxunuşda qəbul etdiyi “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, kənd təsərrüfatı sahəsi üçün 1 milyard 171 milyon 863 min 792 manat vəsait nəzərdə tutulmuşdu.
Üçüncü oxunuşda parlamentə təqdim edilən layihəyə əsasən, bu istiqamət üzrə 1 milyard 203 milyon 805 min 845 manat ayrılacaq.
Başqa sözlə, bu istiqamət üzrə ayrılacaq vəsait 31 milyon 942 min 53 manat artırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay