Aqrar
13.11.2024 / 14:40
Məşhur Quba alması dəyərdən düşüb: "Hər hektardan 3-4 min manat ziyandayıq"
59349
Alması ilə məşhur olan Qubada artıq məhsul yığımı başa çatıb. Məhsuldarlıq bu il fermerləri qane etsə de, onlar bir sıra çətinliklərlə üzləşdiklərini deyirlər. Təsərrüfat sahiblərinin sözlərinə görə, məhsuldan əldə etdikləri qazanc onun üçün çəkdikləri əziyyətə dəymir.
"Keyfiyyətli məhsul yetişdirmişəm. Qoyduğum xərci qarşılaya bilmirəm. Almanın bir kilosunun qiyməti 50-60 qəpik arasında dəyişir. Bu da məni qane etmir", - deyə fermer narazılıq bildirib.
Hər hektara görə 3-4 min manat ziyana düşdüyünü deyən başqa bir fermer isə qeyd edib ki, məhsulu satmaq onu yetişdirməkdən çətindir.
Daha ətraflı Baku TV-nin materialında:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay