BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.9324
  • RUB
    2.1932
  • TRY
    0.0433
  • GBP
    2.2936
53197

Azərbaycan, zəngin neft ehtiyatları ilə tanınan bir ölkə, tədricən kənd təsərrüfatı potensialını üzə çıxarır. Bunun parlaq nümunələrindən biri sürətlə inkişaf edən fındıq sektorudur. Dünya qoz-fındıq bazarı əsl bum yaşayır. Sağlam qidalanma getdikcə daha populyar olur və vitaminlər və faydalı yağlarla zəngin olan fındıq bu trendə mükəmməl uyğun gəlir.

Proqnozlara görə, dünya bazarında fındıq satışlarının həcmi artmağa davam edəcək və 5 il ərzində 47,6 % artaraq 2029-cu ilə qədər təsirli 756,7 milyon ABŞ dollarına çatacaq. 2024-cü il üçün gözləntilər 512,62 milyon ABŞ dolları üzərindədir.

Azərbaycan öz iqlim şəraiti və zəngin torpaqları sayəsində fındıq yetişdirmək üçün unikal üstünlüklərə malikdir. Yerli istehsalçılar müasir texnologiyalara fəal şəkildə sərmayə qoyur və məhsuldarlığın artırılması üzərində işləyirlər. Bununla yanaşı, Azərbaycan fermerləri dünya bazarında rəqabət və iqlim dəyişikliyi kimi bir sıra çağırışlarla üzləşirlər.

Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov “Report”a Azərbaycanın dünya fındıq bazarındakı rolu, ölkədə bu məhsulun istehsalı və gözləntiləri barədə danışıb.

Onun sözlərinə görə, fındıq istehsalı üzrə göstəricilər adətən mövsümə uyğun olaraq yəni avqust-sentyabr aylarında hesablanır: “Lakin bu ilin 6 ayında Azərbaycanda qabığı təmizlənmiş şəkildə 51,9 milyon manat məbləğində 8 425 ton fındıq (ləpə) istehsal edilib".


İ. Orucov bildirib ki, fındıq məhsulunun böyük partiyası çox vaxt Avropa ölkələrindəki Milad bayramı və Rusiyadakı Yeni il bayramına qədər emal olunaraq ixrac edili: "Belə ki, fındıq məhsulunun adətən 60-70 %-i müxtəlif ölkələrə tədarük olunur. Bu il də belə olacağını düşünürəm”.

Assosiasiya rəhbəri qeyd edib ki, dünyanın ən böyük fındıq istehsalçısı olan Türkiyədə bu məhsulların qiymətləri ilə bağlı mövcud vəziyyət narahatlıq yaradır: “Bu ölkədə dövlət tərəfindən fındıqla bağlı yüksək qiymətlər müəyyən edilib. Yəni Türkiyə dövləti fındıq məhsulunu fermerlərdən yüksək qiymətlərə alacağını açıqlayıb. Lakin Avropa ölkələri fındıq məhsulunu belə yüksək qiymətə almaq niyyətində deyil. Fındıq məhsulunun 80 %-i Avropa ölkələrindəki fabriklərdə emal olunduğu üçün əslində, onun qiymətini də məhz bu qitənin dövlətləri diktə edir.

Türkiyənin qlobal fındıq bazarındakı payının 75 % olduğunu nəzərə alsaq, onun təyin etdiyi qiymətlə uyğunlaşmalı olduğumuzu söyləyə bilərəm. Türkiyə fındıq məhsulunun qiymətlərini yüksək saxlasa, həm Azərbaycan, həm Gürcüstan, həm də Türkiyənin ixracı kəskin şəkildə azalacaq. Amma qiymətlər sabitləşsə, dekabr ayında ixraca yönəldiləcək həcmi istehsalın 70-80 %-nə çatdıra biləcəyik”.


O vurğulayıb ki, ənənəvi bazarlardan başqa digər ölkələrə fındıq məhsulunun tədarükü nəzərdən keçirilmir: “Məsələn, hazırda Hindistan və Çin kimi ölkələrdə Azərbaycan istehsallı fındığın istehlakı aktual deyil. Yəni bu ölkələrdə fındığın istehlak həcmi Avropa ilə müqayisədə ciddi şəkildə fərqlənir. Bu məqamda qeyd edək ki, Yaponiya il ərzində cəmi 1 000 ton fındıq ləpəsi idxal edir. Bu rəqəm Azərbaycanda fındıq sahəsi ilə məşğul olan müəssisənin 60-70 %-lik gücünə bərabərdir. Hindistan çox cüzi miqdarda fındıq idxal edir. Pakistan il ərzində cəmi 40 ton fındıq tədarük edir. Bir sözlə, fındıq əsasən Almaniya, İsveçrə, Fransa, Belçika, İtaliya kimi şokolad məhsulları istehsal edilən Avropa ölkələrində emal olunur. Odur ki, bizim digər bazarlara ümid etməyimiz sadəlövhlük olardı”.

Qeyd edək ki, ötən il Azərbaycanda 75 min 409 ton fındıq istehsal olunub. Onun 23 min 397 tonu 22 dövlətə ixrac olunub ki, bunun da 54 %-i Rusiyanın payına düşüb. İlk beşlikdə Almaniya, İtaliya, İsveçrə və Türkiyə var. Ötən il Azərbaycandan ixrac olunan fındığın 93,8 %-i qabığı təmizlənmiş şəkildə (ləpə) tədarük olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Eldəniz Əmirov: "Koordinasiya zəifliyi var, sahibkar bir neçə quruma müraciət etməli olur"

Apteklərdə nöqsanlar aşkarlandı

Azərbaycanlı deputat vəzifəsini itirdi

İş və istirahət günlərinin yerləri dəyişdirildi

Vaqif Tağıyev: 1 aylıq istilik enerjisi 24-80 qəpiyə başa gəlir, amma tarif 30 qəpik müəyyən olunub

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Prezident Minifutbol Federasiyasına iki milyon manat ayırdı

Almaniyanın polad sənayesi iflasa uğraya bilər

Çin yüzlərlə "Airbus" təyyarəsi alacaq

Deputata məxsus olduğu deyilən şirkət 10 milyonluq tender uddu

İstanbuldan Gəncə və Naxçıvana aviabiletin qiymətləri məlum oldu

Avtobus sürücülərinə tapşırıq verildi - RƏSMİ

Bu il qurban kəsmək neçəyə başa gələcək?

Azərbaycanda yaxın gələcəkdə çoxmərtəbəli binalara qaz verilməyəcək

Azərbaycanda vətəndaşlar istilik xidmətini özəl sektordan da ala biləcəklər

Sabah yağış yağacaq, dolu düşəcək

“Azərlotereya” 2024-cü ildə 92.4 milyon vergi ödəyib®

Hövsanda yerləşən restoran 1 milyon manata satılır

Hövsanda yerləşən restoran 1 milyon manata satılır

Ramiz Mehdiyevin gəlini bankdakı payını artırıb - Qardaşının payı azalıb

Komitə banklarda uşaqların adına kart açılmasına qadağa qoyulmasını təklif edir

Nəsli kəsilmiş quşun bir lələyi 48 min manata satıldı

"Mall"larda parkinq qiyməti qalxdı

Bakıda daha bir məşhur restoran sökülür - VİDEO

Firdovsi Məmmədov icraçı direktor təyin olundu

Universitet müəllimləri də MİQ imtahanı verəcək?

Azərbaycanda ən dərin zəlzələlər bu ərazidə baş verir

Nizami rayonunun icra başçısına yeni müavin təyin olundu - FOTO

“Azərsilah” Müdafiə Sənayesi Holdinqində yeni TƏYİNAT

“Azərsilah” Müdafiə Sənayesi Holdinqində yeni TƏYİNAT

"WhatsApp"da yeni dövr - İstifadəçilər telefon nömrəsi paylaşmadan yazışa biləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin