BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
39453

Kənd təsərrüfatı iqtisadiyyatın mühüm sahələrindəndir. Bununla yanaşı, iqtisadiyyatın ən mühüm və strateji əhəmiyyətli sahələrindən olan kənd təsərrüfatında həllini gözləyən çoxsaylı problemlər də mövcuddur. Bu problemlərə ilk növbədə kənd təsərrüfatı sahəsinin investisiya cəlbediciliyinin aşağı olması göstərilir. Bu ilin yanvar-noyabr aylarında iqtisadiyyatın sahələri üzrə əsas kapitala 15 milyard 725 min manat investisiya yatırılıb. Kənd təsərrüfatına, meşə təsərrüfatı və balıqçılıq sahələrinə 528,9 milyon manat yatırılıb.  

Aqrar sahəyə yatırılan investisiyaların məbləği niyə azdır, kənd təsərrüfatının hansı sahələrinə investisiyaların genişləndirilməsi ölkədə məhsuldarlığa səbəb olar? 

Valyuta.az bununla bağlı araşdırma aparıb. Kənd təsərrüfatının bir sıra sahələrinə investiyaların yatırılmasına ehtiyac var.

Pambıqçılıq

15 əsrdə Azərbaycandan Rusiyaya pambıq və s. mallar da aparılıb. Bununla bağlı ölkədə bir ənənə var. 18 əsrdə Mil-Muğan və Şirvan rayonlarında geniş pambıq sahələri olub. Azərbaycanda hələ 1913-cü ildə pambıq əkini sahəsi 100 min hektardan çox, pambıq istehsalı 65 min ton olub. Hazırda Azərbaycanda pambığın qeyd edilən tələblərə cavab verən AzNİXİ-195, Gəncə-8, Gəncə-2, Gəncə-78, Gəncə 80,  Gəncə-103, Gəncə-110, Maraş, Antep, Ağ qızıl, Progen, Flora kimi rayonlaşdırılmış yerli və introduksiya olunmuş xarici seleksiya sortları əkilir. Ona görə də Azərbaycanda pambıqçılıq perspektivli sahələrdəndir. Bu sahəyə investisiyanın yatırılması nəinki ölkənin xammala olan ehtiyacını ödəyəcək, həmçinin, məhsulların digər ölkələrə ixrac olunmasına və ixracdan valyuta gətirilməsi ilə nəticələnəcək.

Pambıqçılıq sahəsinin kompleks inkişafı məqsədilə görülən tədbirlər hesabına mahlıc, iplik, xam pambıq yağı və yem xammalı kimi pambıq məhsullarının ixrac göstəricisi 2003-2022-ci illər ərzində 5,8 dəfə və ya 176,4 milyon ABŞ dolları dəyərində artaraq 213,5 milyon ABŞ dolları olmuşdur. Xüsusilə qeyd edək ki, son 5 il ərzində qeyri-neft sektoru üzrə ixracda pambıq mahlıcı ilk beşlikdədir.

Meyvə və giləmeyvə

Bu il Azərbaycanda 226,6 min hektar ərazidə meyvə və giləmeyvə əkilib. 1 milyon 249 min ton məhsul toplanıb. Meyvə ixracında əsasən xurma, alma, nar önənli yerə sahibdir. Bu üç məhsulun ixracından ölkəyə bu ilin 11 ayında 168 milyon 953 min ABŞ dolları vəsait daxil olub. 

2023-cü ilin oktyabr ayında ixrac edilən qeyri-neft  sektoruna aid malların siyahısında  xurma (29,5 milyon ABŞ dolları) birinci, elektrik enerjisi (17, 7 milyon ABŞ dolları) ikinci və qızıl (16,9 milyon ABŞ dolları) üçüncü olub. Azərbaycanda meyvə və giləmeyvə bağlarının genişləndirilməsi üçün potensial mövcuddur. 

Meyvə və tərəvəzin emal edilərək ixracı

Azərbaycanda meyvə-tərəvəz əsasən xam halında ixrac edilir. Ölkədə meyvə və tərəvəz istehsalı artır. Ancaq xarici bazarlarda emal olunmuş məhsullara da böyük tələbat var.

Meyvə və giləmeyvənin dondurulmuş halda ixracı 

Dünyada giləmeyvələr dondurularaq beynəlxalq bazarlarda satılır. Bu sahədə Azərbaycanın potensialı böyükdür. Lakin fermerlərin çoxu giləmeyvələri donduraraq satmırlar, onlar qeyd edirlər ki, emal prosesində nəzarət edəcək mütəxəssis yoxdur. Bu sahədə istiqamətləndirmək lazımdır. Ölkədə güclü aqronomlar, texnoloqlara ehtiyac var.  

Süd məhsullarının istehsalı 

Heyvandarlıq sahəsinə investisiyaların yatırılmasına ehtiyac var. Bəzi süd məhsulları Azərbaycanda çox baha satılır. Bu, məhsullar əsasən idxal edilir. Məsələn, idxal edilən keçi südünün 1 litri ölkədə 14 manata satılır. Azərbaycanda süd məhsullarının məhsuldarlığı aşağıdır. Bütün süd məhsulları ilə özümüzü təmin etmək potensialımız var. 

Qarğıdalı 

Bu ilin yanvar-noyabr aylarında ölkədə 273 min ton qarğıdalı yığılıb. Ötən illə müqayisədə 10 faiz çoxdur. Azərbaycanda yerləşən aqroparka ərəb ölkələrinin birindən təklif gəlib. Qarşı tərəf Azərbaycandan dərin donmuş qarğıdalı almaq istəyib. Lakin Azərbaycanda dərin donmuş qarğıdalı tapmaq çox çətindir. Çünki Azərbaycanda qarğıdalı yemlik üçün istifadə edilir. Bu gün biz bu sahəni də inkişaf etdirsək, ölkəyə əlavə investisiyalar gələ bilər. 

Xarici investorun Azərbaycanda məhsul istehsal etməsi  və öz ölkəsinə ixracı 

Dünyada belə bir təcrübə var ki, xarici ölkə vətəndaşları ölkəyə investisiya yatıraraq məhsul istehsal edirlər. İstehsal etdikləri məhsulları ölkələrinə aparırlar. Məsələn, Ərəb ölkələri ekoloji təmiz məhsullara üstünlük verirlər. Hollandiyada bir sıra iri fermer təsərrüfatlarında Səudiyyə Ərəbistanın mütəxəssisləri əkin prosesində iştirak edirlər və daha sonra isə istehsal etdikləri məhsulu ölkələrinə aparırlar. Azərbaycan və digər investorların birgə əməkdaşlığı ilə bu cür imkanların yaradılması mümkündür.

Nara // Valyuta.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Evlərin bahalaşması ipoteka krediti ilə mənzil almaq istəyənlərə çətinlik yaradır - SORĞU + VİDEO

Bitcoin və Etherium ucuzlaşır - Kriptovalyutaların qiymətləri

Birjalarda son durum necədir?

Birjalarda son durum necədir?

Rubl ucuzlaşsa da, avro və lirə bahalaşdı -Məzənnə

Avtomobilin qəza işıq siqnallarından yersiz istifadə edən sürücülərin DİQQƏTİNƏ: Cərimələnə bilərsiniz - VİDEO

“McLaren”in nadir avtomobillərindən biri satışa çıxarılıb - FOTO

“Apple” telefonlarda süni intellekt tətbiq etmək niyyətindədir

Qızıl bu tarixə kimi kəskin bahalaşacaq

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTO

Türkiyə bu yolla böhrandan qaçmağı bacardı - Detallar

İrpen ilə bu şəhərimiz qardaşlaşacaq

“Mercedes”in dizel ilə əlaqədar işinə xitam verilib

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib

Azərbaycan Ukraynada daha 4 mülki obyekti bərpa edəcək

20-dən çox “Made in Azerbaijan” brendi Rusiyada təqdim olunub

Almaniyada “futbol qatarı” işə salınacaq

Sığorta hadisəsi zamanı ödəniş üçün məhkəmə hökmü gözlənilməlidirmi?

Sığorta hadisəsi zamanı ödəniş üçün məhkəmə hökmü gözlənilməlidirmi?

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."

Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi

Sabah Füzuli şəhərinə 39 ailə yola düşəcək

Sabah Bakıda 30 dərəcə isti olacaq

Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO

Subayların arzusunda olduğu robot hazırlandı - VİDEO

Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər? - FOTO

Dünyanı biz təmin edirik, amma...

Bu məhsul da ucuzlaşdı - VİDEO

Bu məhsul da ucuzlaşdı - VİDEO

Yayda səyahət edənlərin nəzərinə: Qiymətlər 300-400 dollar bahalaşdı - Video

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin