BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
26434

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Ağdaş rayonunda bu ilin ilk Aqrar İnnovasiya Festivalı keçirilib. “Ağdaş Yem Fabriki”nin ərazisində keçirilən festivalda Mərkəzi Aran iqtisadi rayonunun və ətraf bölgələrin fermerləri iştirak ediblər.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Rafail Quliyev, Ağdaş və ətraf rayonların icra hakimiyyətlərinin rəsmiləri regionlarda təşkil edilən belə festivalların əhəmiyyəti barədə danışıblar. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov “Agroinnofest” layihəsinin təqdimatı ilə çıxış edib, festival barədə ətraflı məlumat verib.

Festivalda Kənd Təsərrüfatı Nazirliyinin 10-dan çox tabeli qurumu, eləcə də 50-dən çox yerli və xarici şirkət iştirak edib. Festivalda kənd təsərrüfatı təyinatlı müxtəlif pilotsuz uçuş aparatları, innovativ suvarma texnologiyaları, alternativ enerji mənbələri, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, müasir texnologiyalar əsasında əldə olunmuş əkin materialları, bitki mühafizə vasitələri, yeni üsullar ilə yetişdirilmiş meyvə və tərəvəz nümunələri, yüksək qidalılıq göstəricilərinə malik yem bitkiləri eləcə də bitki toxumu nümunələrinin nümayişi həyata keçirilib. Tədbirdə həmçinin, məhsuldarlığın artırılmasında əhəmiyyətli rol oynayan müxtəlif gübrə və pestisidlər, texnika və aqreqatlar nümayiş olunub, qabaqcıl kənd təsərrüfatı təcrübələri barədə təlimlər, kənd təsərrüfatının inkişafına hədəflənən prioritet istiqamətlər üzrə məlumat sessiyaları keçirilib. Belə ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin mütəxəssisləri “Kənd təsərrüfatı bitkiləri və təbii flora üçün təhlükəli hesab edilən qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə kompleks tədbirlər” və “Siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri” barədə fermerləri maarifləndirib. Eyni zamanda, “Kənd təsərrüfatında tətbiq olunan texnologiyalar və fermerlərə dəstək”, “Taxıl əkinlərində optimal müddətdə aqrotexniki qulluq işlərinin aparılması”, “Sadə üsulla heyvanlar üçün yemin hazırlanması”, “Yeni süd sağım texnologiyaları”, “İnnovativ suvarma texnologiyaları” mövzularında təlimlər keçirilib.

Festivalda heyvandarlıq sahəsinə aid innovativ yeniliklər də sərgilənib. Süni Mayalandırma Mərkəzi tərəfindən süni mayalandırma və embrion köçürülməsi yolu ilə doğulan mələzlər nümayiş edilib. Həmçinin, festival zamanı Baytarlıq və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutlarının mütəxəssisləri tərəfindən səyyar baytarlıq xidməti həyata keçirilib. Müraciətə əsasən Ağdaş rayonunun Ləki kəndindəki fermer təsərrüfatına baxış keçirilərək lazımi tədbirlər görülüb. Festival zamanı Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və təşəbbüsü ilə keçirilmiş bir sıra startap müsabiqələrin iştirakçıları, eləcə də ali təhsil müəssisələri məhsul və həllərini, ixtiralarını nümayiş etdiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"

Abşeron və Qaradağda tikilməkdə olan ev və obyektlər söküldü (VİDEO)

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Qaxa dolu düşdü, yağış suları həyətlərə doldu (FOTOLAR)

Sabah hava necə olacaq?

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Universitetlərə attestatla qəbul olacaq? - DİM sədri

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Üç ayda 3 min ton çay istehsal olunub

“Samsung”un “Apple”a mükəmməl cavabı çox gecikmədi - VİDEO

Çində turistlərin kosmosa uçuşlarının başlama tarixi məlum oldu

Honq Konq rəqəmsal yuanı sınaqdan keçirməyə başlayır

Baş prokurorun keçmiş müavini dövlət qurumunu məhkəməyə verdi - Pensiya qalmaqalı

Borrel: Avropa iqtisadiyyatı Çinlə rəqabətə tab gətirə bilməz

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin