BAKU Azərbaycan
9.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
24646

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Nazirliyin tabeliyində olan elmi-tədqiqat müəssisələrində 81 vakant yer üzrə işə qəbul elan edilib. Vakant yerlər haqqında məlumat Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yaradılmış “Aqrokadr.az” karyera portalında dərc edilib.

Toxumçuluq və bitki mühafizəsi üzrə aqronom, aqrokimyaçı, torpaqşünas, zootexnik və baytar həkimi ixtisasları üzrə təcrübə, təhsil, ixtisas, fərdi keyfiyyət tələbləri uyğun gələn şəxslər “aqrokadr.az” portalında yerləşdirilmiş vakansiyalarla tanış ola və sayt vasitəsilə aqrar sahə üzrə təqdim olunan iş yerləri ilə bağlı müraciət edə bilərlər.

Elana əsasən Aqrar Xidmətlər Agentliyinin tabeli qurumlarında olmaqla  Göygöl, Quba, Sabirabad, Salyan, Şamaxı, Ucar, Bərdə, Beyləqan rayonları üzrə toxumçuluq üzrə aqronomlar, Abşeron, Bərdə, Füzuli, Cəlilabad, Göygöl, Hacıqabul, Xaçmaz, Kürdəmir, Lənkəran, Saatlı, Sabirabad, Şabran, Şəmkir, Yevlax rayonları üzrə bitki mühafizəsi üzrə aqronomlar, Ağsu, Ağdaş, Bərdə, Qəbələ, Oğuz, Xocalı, Cəbrayıl, Daşkəsən, Sabirabad, Qusar, Siyəzən, Hacıqabul, Xocavənd, Kürdəmir, Şamaxı, Salyan, Samux, Quba, Füzuli, Tovuz, Qobustan, Xızı, Masallı, Göyçay, Qazax, Şabran, Şirvan, Neftçala, Zərdab, Ucar rayonları üzrə baytar həkimlər, Bərdə, Göygöl, Lənkəran, Quba, Şəki, Tovuz, Laçın, Xocalı, Daşkəsən, Siyəzən, İmişli, Beyləqan, Qubadlı, Zəngilan, Şəmkir rayonları üzrə aqrokimyaçı və torpaqşünaslar, Quba, Kürdəmir, Gəncə və Şəki şəhəri üzrə zootexniklər işə qəbul olunacaqlar.

Qeyd edək ki, “aqrokadr.az” karyera portalı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ötən ilin avqustunda ictimaiyyətə təqdim edilib. Portal iqtisadiyyatın və cəmiyyətin əsas hərəkətverici qüvvəsi olan insan kapitalının aqrar sahə üzrə potensialının müəyyən edilməsi və aqrar peşələrlə bağlı iş axtarışının stimullaşdırılmasını hədəfləyir. Portal üzərindən dövlət və özəl müəssisələrin birgə fəaliyyəti davam edir. Maraqlı şirkət və qurumlar “aqrokadr.az” saytında elanların yerləşdirilməsi və peşəkar kadrların cəlb edilməsi  sahəsində əməkdaşlığa dəvət olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"

Abşeron və Qaradağda tikilməkdə olan ev və obyektlər söküldü (VİDEO)

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Qaxa dolu düşdü, yağış suları həyətlərə doldu (FOTOLAR)

Sabah hava necə olacaq?

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Universitetlərə attestatla qəbul olacaq? - DİM sədri

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)

Üç ayda 3 min ton çay istehsal olunub

“Samsung”un “Apple”a mükəmməl cavabı çox gecikmədi - VİDEO

Çində turistlərin kosmosa uçuşlarının başlama tarixi məlum oldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin