BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8303
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1341
12589

"Kənd təsərrüfatında sürətlə artan xərclərə dözə bilməyən, bazarın məhdud, alıcılıq qabliyyəti aşağı olmasından istehsal etdiyi məhsulu bəzən maya dəyərindən ucuz satan kəndlilər mövcud durumdan çıxışın yolunu pay torpaqlarını satmaqda görürlər”. 

Valyuta.Az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Qubad İbadoğlu qeyd edib.

Onun sözlərinə görə kəndlilər kütləvi sürətdə şəxsi pay torpaqlarını satıb, canlarını bu əziyyətli və səmərəsiz işlərdən qurtarmağa çalışırlar:

"Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin aprel ayı 2020-ci ilin aprel ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi 102,1 faiz, sənaye məhsullarının istehsalçı qiymət indeksi 272,6 faiz, istehlak qiymətləri indeksi 104,3 artıb. Göründüyü ki, kənd təsərrüfatı istahsalında qiymət bahalaşması cüzi olub, lakin xərclər sürətlə artmaqdadır”.

Ekspert vurğulayıb ki, kəndlilər ötən il yonca sahələrinin 1 hektarını 25 manata biçdirdikləri halda, bu il həmin xərc 30 manata artıb:

"Kəndlilər biçilən otu toplamaq üçün ötən il hər hektara 15 manat, bu il 20 manat, presləmək üçün 1 kipə görə ötən il 20 qəpik, bu il isə 30 qəpik ödəmək məcburiyyətindədir. Xərclərin artmasına baxmayaraq, 1 ot kipinin satış qiyməti 1-ci üzdə ötən ilki 2,7 manatdan bu il 2,0-2,5 manata qədər ucuzlaşıb. Bununla yanaşı doyunca sulanmayan yonca sahələrində məhsuldarlıq göstəriciləri də aşağı düşüb. Dizel yanacağının bahalaşması səbəbindən xidmət xərcləri artıb. Bütün bunlar kəndliləri təsərrüfatlardan çəkindirir, torpaqlarını satmağa məcbur edir. Hazırkı aqrar siyasətinin məqsədi kiçik təsərrüfatları sıradan çıxarmaq, torpaqları ələ keçirməkdir...”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dünyada neft bazarında ciddi qıtlıq yaşanır

Hindistan qlobal yarımkeçirici bazarına daxil oldu

İrsi korluğun müalicəsinin yeni üsulu tapıldı

İrsi korluğun müalicəsinin yeni üsulu tapıldı

Xəzinədarlıq Agentliyi 1 milyonluq proqram təminatı alır

"Apple" tarixində ilk: "iPhone 16 Plus" 7 rəngdə olacaq

"Azərbaycan Beynəlxalq Bankı" məhkəmə qarşısında

Yevgeni Priqojinin “Concord” şirkəti əmlakını satır

"Təbriz" MTK məhkəməyə verildi

Məhkəmənin qərarı ilə “Uniper”in Rusiyadakı aktivlərinə həbs qoyula bilər

Lənkəranın yollarını təmir etməyə şirkət tapılmadı

Novruz Məmmədov niyə istefa verib? (AÇIQLAMA)

“Ukrnafta” Rusiyanın “Tatneft” şirkətinin aktivlərini idarə etməyə başlamaq istəyir

Daha bir jurnalist vəzifəyə təyin olundu (FOTO)

Daha bir jurnalist vəzifəyə təyin olundu (FOTO)

Aİ Rusiya aktivlərindən yığılan gəlirin 90%-ni Kiyevə verməyə razılaşdı

Bu halda cərimə oluna bilərsiniz - Prezident təsdiqlədi

Britaniya sanksiyalardan yan keçib, 2,2 milyardlıq Rusiya nefti alıb

”Ege Hospital”da tibbi sertifikasiyadan keçməyən işçilər çalışır?

Kapital Bank-ın Laçın filialının açılışı baş tutdu ®

Bakıda fantastik qiymətə ev kirayə verilir (FOTO)

Azərbaycanda hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilib

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Bu il sosial sığorta yığımları 1,8 mlrd. manatı ötüb

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu

Azərbaycanda ən böyük sahibkarlıq subyektləri hansı şəhərdədir? – TOP 5

Suqovuşandakı 5 mərtəbəli yaşayış binalarının tikintisi başa çatır

“Caspian Agro 2024” sərgisi çərçivəsində "GreenAgroHack" hakaton yarışması keçiriləcək

Azərbaycan və İran Araz çayı üzərində “Qız Qalası” hidroqovşağını işə salacaq

Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb

Bakıda məşhur bazar söküləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin