BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8238
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1322
45976

Yəqin ki, şagirdlərin oyun oynayaraq pul qazanacağı tətbiqin olduğunu hələ çox adam bilmir. Amma şagirdlərin həm əylənərək, həm də təhsil alaraq və bunun qarşılığında pul qazanması mümkündür. Bu, tətbiqin təsisçiləri Şəmistan Əlizadə və Ramil Mirzəyevdir. “Dahi.az” şagirdlər üçün ödənişsiz təhsilə dəstək oyun tətbiqidir. Hər bir mərhələni şagird bitirdikdən sonra koinlər qazanır və topladığı koinləri pula çevirə bilir. 

Valyuta.az olaraq bu tətbiqin təsisçilərindən olan Şəmistan Əlizadə ilə söhbətləşdik. O deyir ki, şagirdlərin əlindən davamlı telefonu almağa çalışan valideynləri ətraflarında görüblər və bunu necə şansa çevirə biləcəkləri haqda düşünüblər:  "Nəticədə belə bir startap ortaya çıxdı. İdeya olaraq 2020-ci ildə pandemiyada mövcud idi, amma reallaşdırmaq 2023-cü ildə mümkün oldu".

Bəs Şəmistan Əlizadə kimdir?

“Dahi.az” təhsil dəstək oyun tətbiqinin həmtəsisçisi Şəmistan Əlizadə Qafqaz Universitetinin (indiki Bakı Mühəndislik Universiteti) “Riyaziyyat və İnformatika” fakültəsini fərqlənmə ilə bitirib. Daha sonra müxtəlif şirkətlərdə İT mütəxəssisi kimi çalışıb.

Şəmistan Əlizadə həm Azərbaycanda, həm də Rumıniyada müxtəlif platformalar yaradıb:

“2016-2022-ci illərdə Rumıniyanın Buxarest şəhərində “UNİT RETAİL GROUP”, “ROBRANDSHUB SRL”, “BRANDEDBAG PASE SRL” şirkətlərində İT mütəxəssisi olaraq çalışmışam. Bu dövrlərdə Ruminyada “www.brandshub.ro” onlayn alış-veriş platformasını qurmuş, platformanı kuryer sistemləri, ödəniş sistemləri, Rumıniya dövləti vergi sisteminə inteqrasiya etmişəm. Hazırda Rumıniya bazarı üçün “easyfactura.ro” adlı yeni bir layihəm mövcuddur.   
Ruminyadakı təcrübələrimdən sonra 2022-ci ildə Azərbaycana köçdüm. Azərbaycana köçməkdə məqsədim Azərbaycan üçün faydalı işlər görmək istəməyimdir. Rumıniyadakı şirkətlər ilə uzaqdan çalışmağa davam edirəm. 

2020-ci ildə pandemiyada təhsilə dəstək olmaq üçün “www.muellim.az” online təhsil platformasını qurdum. 2023-cü ildə şagirdlər üçün tam ödənişsiz “dahi.az” adlı oyun əsaslı mobil tətbiqimiz ilə 22 yanvar 2024-cü ildə KOBİA tərəfindən startap şəhadətnaməsi (№ KOB-SŞ- 6/2024) ilə təltif edildik”. 

Bundan əlavə, Şəmistan Əlizadə araşdırması nəticəsində “Pi” ədədinin fərqli üsul ilə daha dəqiq hesablanmasını tapıb.

Tətbiqin digər təsisçisi Ramil Mirzəyev inzibati idarəetmə ixtisası üzrə bakalavr, maliyyə idarəetməsi ixtisası üzrə magistr təhsili alıb. Onun özəl sektorda maliyyə və audit fəaliyyəti üzrə 15 il təcrübəsi var.

“Dahi.az” şagirdlər üçün ödənişsiz təhsilə dəstək oyun tətbiqi nədir?

Ş.Əlizadə deyir ki, bu proqram vasitəsilə şagirdlərdən telefonları ala bilməsək də, telefonu onlar üçün faydalı etməyə çalışırıq: "Şagirdlər “dahi.az” mobil tətbiqində öz sinif və fənnlərinə uyğun testlər cavablayaraq pul mükafatları qazana bilirlər. Hər bir mərhələni şagird bitirdikdən sonra koinlər qazanır və topladığı koinləri pula çevirə bilir. Mobil tətbiqimizdə şagirdlər üçün dahi sıralaması (ümumi, aylıq və günlük sıralama) mövcuddur. Şagirdlər topladıqları bala görə burada sıralanır. Bu sıralamaya görə də şagirdlərə əlavə mükafatlar verilir.

Mobil tətbiqin funksiyaları

- Kateqoriya üzrə oyun  modulu

- Qrup yarışı modulu

- Təkbətək yarış modulu

- Günlük sınaq modulu

- Əylən və öyrən modulu

- Özünü sınama modulu

- Dil öyrənmə modulu

- Səsli aual modulu

- Bilik yarışı modulu

Tətbiqimiz şagirdlər üçün tam ödənişsizdir və şagirdlərə pul mükafatı verən yeganə təhsil və oyun platformasıdır. Hazırda, platformanın 9 mindən çox istifadəçisi var".

Şagirdlərin necə və nə qədər qazanmasına gəlincə, Ş.Əlizadə bildirdi: "Belə ki, şagirdlər tətbiqdəki sualların cavabını vermək üçün 4-5 seçim əldə edir. Hər doğru cavab üçün 4 bal əldə edir, hər səhv cavab üçün 2 bal itirir.  Qeydiyyatdan keçən zaman 10 bal, hər səviyyə üzrə 70%-dən yuxarı nəticə göstərən şagirdlərə əlavə 4 bal verilir. Şagirdlər öz ballarını digər istifadəçilər ilə müqayisə edə bilir. Onlar hesablarındaki koinləri pul olaraq nağdlaşdıra və ya başqa seçimlər (hazırlıq, hədiyyə və s. kimi) dəyişə bilirlər. 10 min dahi koini 1 manata bərabərdir. Minimum nağdlaşdırma məbləği isə 5 manatdır, yəni, sizin balansınızdakı dahi koin sayı 50 min olduqda siz artıq nağdlaşdıra bilərsiniz. Nağdlaşdırma sorğusu göndərdikdən sonra  5-7 gün içərisində şagirdlərin hesabı yoxlanılır, əgər, hesabla bağlı hər hansı dələduzluq halı yoxdursa, nağdlaşdırma təsdiqlənir".

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Kombat Group”a qarşı ittiham

Ukrayna artıq dəniz terminallarının yarısını itirib - Dmitri Barinov

“Cahan As Company” məhkəmə qarşısında – Şirkət nədə ittiham edilir?

Tezliklə bu "Samsung" smartfonları yeniləmə almayacaqlar

Gömrük Komitəsi “Az Firma”nı nədə ittiham edir?

Səudiyyə Ərəbistanı geosiyasi gərginliyin qlobal iqtisadiyyata təsirindən narahatdır

"Merd Petrol"dan maddi ziyan tələb edilir

Avropa Rusiya qazı ilə bağlı qaz problemini necə həll etdi?

Sement zavodu məhkəmə qarşısında

BVF Avropanın zəifliyinin əsas səbəbini açıqladı

“Qarabağ Avto”ya protokol tərtib edildi

Rusiya iqtisadiyyatı üçün risklər müəyyən edildi

2020-ci ildən indiyə qədər Azərbaycana 190 mln. dollarlıq elektromobil idxal edilib

Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub

Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin fəaliyyət istiqamətləri məlum olub

Rabitəbank "Bank of New York Mellon" ilə işbirliyini müzakirə edib ®

“Nokia” bu tanınmış modelini yenidən istehsal edəcək

Üç ayda 121 min hektar sahədə yazlıq bitkilər əkilib

“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir ®

Ukraynanın dövlət borcu rekord həddə çatıb

Bu peyvəndin əlavə təsiri var imiş - Şirkətdən etiraf

Azərbaycanda yeni qarpız və yemiş növləri yaradılır

Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olub

Aqrar Xidmətlər Agentliyinin sədri Beyləqanda vətəndaşları qəbul edəcək

Keçmiş deputatın bankı cərimələnə bilər

Türkiyə ABŞ-dan LNG idxal etmək istəyir

Azərbaycanda ilk Milli Xalça Festivalı keçiriləcək

Paytaxt bazarında ciddi nöqsanlar aşkarlandı: bəzi məhsulların satışı dayandırıldı

Azərbaycanda yeni iş yerləri açılacaq - Deputat AÇIQLADI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin