BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
47114

4-5 may 2024-cü il tarixlərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” ASC-nin təşkilatçılığı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə İçərişəhərdə Azərbaycanın ilk Milli Xalça Festivalı keçiriləcək.

ASC-dən verilən məlumata görə, iki gün davam edəcək festivalda İçərişəhər ərazisində xalçaçılıq sənətinə həsr edilən bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bura qədim, müasir, eləcə də müəllif xalçalarından ibarət eksklüziv sərgilərin nümayişi, xalçatoxuma sənəti ilə bağlı böyüklər və uşaqlar üçün ustad dərsləri, maarifləndirici seminarlar, interaktiv teatr tamaşası, yarmarka, muğam axşamı və konsert proqramı daxildir. Milli Xalça Festivalı günlərində İçərişəhərin küçələri xalçalar və xalça ornamentli xüsusi dekorasiyalar ilə bəzədilərək xalçaların rəngarəng və sehirli gözəlliyinə bürünəcək.

Xalçatoxuma sənəti ilə maraqlanan hər kəs xalçanın ərsəyə gəlməsinin bütün mərhələləri, xüsusən, ipliklərin boyanması, çeşnilərin və naxışların vurulması, xalçanın toxunması, emalı, yandırılması, yuyulması prosesi ilə yaxından tanış ola biləcək. Ustad dərsləri zamanı “Azərxalça” ASC-nin Azərbaycanın 14 regionundan gəlmiş toxucu və emal komandası qonaqlara xalça dəzgahı üzərində dərslər təqdim edəcək. Həmçinin, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi Milli Xalça Festivalında öz stendləri ilə təmsil olunacaqlar.

Qeyd edək ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhərin ev sahibliyi edəcəyi Milli Xalça Festivalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə təsis edilmiş “Xalçaçı günü” peşə bayramına həsr edilir və UNESCO-nun Qeyri-maddi mədəni irs nümunələri siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənətinin təşviqi və yaşadılması missiyasını daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

AK "Instagram" və "Facebook"la bağlı araşdırmaya başladı

Prezidentlər "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri ilə tanış oldu

Sumqayıtda mənzil qiymətləri niyə bahalaşır?

Belarus Azərbaycana birgə əczaçılıq müəssisələri yaratmağı təklif edib

Bu il Azərbaycanda 600 kiloqrama yaxın qızıl istehsal olunub – Rəqəmlərdə azalma

"Yapı Kredi Bank"ın kredit portfelinin tərkibi I rübdə necə dəyişib?

Ən ucuz qatlanan smartfon satışa çıxarıldı

Azərbaycanda bu kənddəki tarixi evlər bərpa olunacaq

Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşdı

Azərbaycan-Belarus sənədləri imzalandı (YENİLƏNİB)

Ölkədə kənd, meşə təsərrüfatı və balıqçılıqla məşğul olan 130 minə yaxın qadın sahibkar var

Türkiyəyə birdən çox telefon aparmaq olmayacaq - Yeni qadağa

“PAŞA Kapital İnvestisiya Şirkəti”ndə yeni təyinat

“PAŞA Kapital İnvestisiya Şirkəti”ndə yeni təyinat

Azərbaycanda sərnişin daşımaları 8%-ə yaxın artıb

Zığ dairəsi-Hava Limanı yolunda endirilən sürət həddi bərpa edilib

Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb

Bu ilin sonunda Qubadlıya ilk köç olacaq - RƏSMİ

"Carlsberg Azerbaijan" məhkəməyə verilib

Avropanın yeraltı qaz anbarlarında qaz ehtiyatları 66%-ə yaxınlaşır

Bu ilin sonunda Qubadlıya ilk köç olacaq

Rusiya və Çin Dəmir Yolları əməkdaşlıq müqaviləsi imzaladı – Detallar

Azərbaycan əhalisinin sayı açıqlanıb

Dünyada ən çox satılan 6 kitab

Sabah yağış intensivləşəcək

Azərbaycanda dollara tələb 2,4 dəfə azalıb

Azərbaycanda dollara tələb 2,4 dəfə azalıb

“TBC Kredit”də geriləmə - mənfəəti 18 % azalıb

Tural Pirverdiyev: Son iki ildə internetin sürəti 92% artıb

Mayın 26-da II və III qruplar üzrə qəbul imtahanları keçiriləcək

Bu il Azərbaycan təbii qaz ixracını 18 %-dən çox artırıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin