“TBC Kredit”də geriləmə - mənfəəti 18 % azalıb
“TBC Kredit” bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.
Valyuta.az təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “TBC Kredit”in xalis mənfəəti əvəlki illə müqayisədə 17.7 % azalaraq 1 milyon 265 min manat təşkil edib. 2022-ci ildə təşkilatın xalis mənfəəti 1 milyon 537 min manat təşkil etmişdi.
Hesabat dövründə təşkilatın əməliyyat gəlirləri 20.9% artaraq 3 milyon 507 min manata, vergidən əvvəlki mənfəəti isə 12.6% azalaraq 1 milyon 407 min manata bərabər olub.
Ötən il təşkilatın cəmi aktivlərinin həcmi əvvəlki illə müqayisədə 18.7 % və ya 3 milyon 226 min manat artaraq 20 milyon 522 min manat olub. Hesabat dövründə təşkilatın kredit portfeli (11,7 mln. manat) aktivlərin 57%-ni təşkil edib.
Bu dövrdə təşkilatın cəmi öhdəliklərin həcmi 28.7 % və ya 1 milyon 961 min manat artaraq 8 milyon 793 min manata bərabər olub.
2024-cü il yanvar ayının 1-nə “TBC Kredit”in cəmi kapitalı 11 milyon 729 min manata bərabər olub ki, bu da illik müqayisədə 12 % çoxdur.
Qeyd edək ki, 2018-ci ildən “TBC Kredit”in yeganə səhmdarı Gürcüstanın aparıcı banklarından biri olan “TBC Bank”dır.
Leyli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay