İKT
16.05.2024 / 12:34
Tural Pirverdiyev: Son iki ildə internetin sürəti 92% artıb
48231
Bu ilin aprel ayında Azərbaycan üzrə ev təsərrüfatı və biznes subyektlərinin internetə çıxış səviyyəsi 78% olub.
Valyuta.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” və “Bakı Telefon Rabitəsi” MMC-nin baş direktoru Tural Pirverdiyev Bakıda keçirilən “GSMA Mobile 360 Eurasia 2024” beynəlxalq konfransında panel müzakirəsində çıxışı zamanı deyib.
O, bildirib ki, may ayının ortasında geniş zolaqlı internetin əhatəliliyi ölkə üzrə 80%-dən yuxarı olub: "Bu, ölkədə internetə çıxışın transformasiyasını göstərir. Son iki ildə ölkə üzrə internetin sürəti orta faizlə 92% artıb. Ümid edirik ki, bu sürəti ilin sonuna qədər əsaslı şəkildə artıracağıq".
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay