BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8303
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1341
41016

“Alibaba”nın keçmiş rəhbəri və həmtəsisçisi Cek Ma şirkətin Honkonqda satılan səhmlərini 50 milyon dollara alıb, bu barədə “New York Times” yazıb. Hələ 2023-cü ilin noyabrında Ma “Alibaba”nın böyük bir hissəsini satmağı planlaşdırırdı.

Eyni zamanda, “Alibaba”nın səhmlərini Manın uzun müddətdir partnyoru və şirkətin direktorlar şurasının hazırkı sədri Cozef Tsai alıb. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim edilən sənədlərə görə, Tsai 2023-cü ilin dördüncü rübündə ailə investisiya şirkəti “Blue Pool Management” vasitəsilə ABŞ-da siyahıya alınmış qiymətli kağızlardan təxminən 151 milyon dollar əldə edib.

Hər iki sahibkar əvvəllər “Alibaba”nın əhəmiyyətli bir hissəsinin sahibi olub. Cek Ma 2019-cu ildə direktorlar şurasının sədri vəzifəsini tərk etsə də, şirkətin əsas səhmdarı olaraq qalır.

Nyu-York Fond Birjasının yanvarın 23-də Bakı vaxtı ilə saat 20:49-a olan məlumatına görə, “Alibaba” səhmləri 6.8% artaraq hər səhm üçün 73.3 dollar təşkil edib.

2023-cü ilin noyabr ayının ortalarında Cek Ma “Alibaba” səhmlərinin təxminən 10 milyonunu satmağı planlaşdırıb. Sahibkar qiymətli kağızların satışından 870 milyon dollardan çox gəlir əldə edəcəyini güman etsə də, şirkətin səhmlərinin dəyəri kəskin ucuzlaşdıqdan sonra sövdələşmədən imtina edib.

Bu gün, yanvarın 23-də səhmlərin artmasına baxmayaraq, şirkətin kotirovkaları noyabrın enişindən sonra bərpa olunmayıb. Noyabrın 15-də, rüblük hesabatın dərci ərəfəsində “Alibaba” səhmlərinin qiyməti 87.83 dollara çatıb.

“Alibaba” son illərdə çətin günlərə düşüb. Şirkət 2020-ci ilin sonunda Çin tənzimləyici orqanlarının diqqət mərkəzinə düşüb. 2020-ci ilin noyabrında ölkə hakimiyyəti “Alibaba Group”un törəmə şirkəti olan fintex “Ant Group”un IPO-sunu dayandırıb. IPO-nun dayandırılması qərarı “Alibaba”nın qurucusu Cek Ma Çinin maliyyə orqanlarının fəaliyyətini tənqid etdikdən bir neçə gün sonra verilib.

Daha sonra “Alibaba” ilə bağlı antiinhisar araşdırma başlayıb. 2021-ci ilin aprelində araşdırma tamamlanıb; nəticədə antiinhisar tənzimləyiciləri Çinin korporativ tarixində şirkətə 2.78 milyard dollar məbləğində rekord məbləğdə cərimə kəsib.

© Banker

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dünyanın ən varlı insanları hansı şəhərlərdə yaşayırlar? - Siyahı

Bu gün bu ərazilərdə qaz olmayacaq

Onlar 40 il əvvəl Azərbaycanda təhsil alıblar (FOTO)

Bazarlarda soğanın qiyməti ucuzlaşdı– Fermerlər narazıdır + Video

Ermənistan-Azərbaycan sərhədində zəlzələ olub

Ermənistan-Azərbaycan sərhədində zəlzələ olub

Günəşdə 10 güclü alışma baş verib

Kakaonun qiymətindəki kəskin ucuzlaşmanın səbəbi nədir?

ABŞ-dan “Huawei” şirkətinə böyük zərbə

Duma xüsusi hesablarda “xarici agent” müəlliflərinə ödənişləri dondurmağı planlaşdırır

“İstanbul Aptek”də əczaçılıq tələblərini pozan mallar satılıb?

Müdafiə tərəfi “yengəc kralı” Kanın hökmündən apellyasiya şikayəti verdi

Qaradağ Şüşə Zavodu gömrük qaydalarını pozub?

Aİ Rusiya təyyarələrinin uçuşlarına qarşı sanksiyaları sərtləşdirəcək - "Reuters"

“Kino” məhkəməyə verildi

Bu il ən çox satılan smartfonlar açıqlandı (SİYAHI)

Çin rekord sürətlə qızıl almağa davam edir

Dünyada neft bazarında ciddi qıtlıq yaşanır

Hindistan qlobal yarımkeçirici bazarına daxil oldu

İrsi korluğun müalicəsinin yeni üsulu tapıldı

İrsi korluğun müalicəsinin yeni üsulu tapıldı

Xəzinədarlıq Agentliyi 1 milyonluq proqram təminatı alır

"Apple" tarixində ilk: "iPhone 16 Plus" 7 rəngdə olacaq

"Azərbaycan Beynəlxalq Bankı" məhkəmə qarşısında

Yevgeni Priqojinin “Concord” şirkəti əmlakını satır

"Təbriz" MTK məhkəməyə verildi

Məhkəmənin qərarı ilə “Uniper”in Rusiyadakı aktivlərinə həbs qoyula bilər

Lənkəranın yollarını təmir etməyə şirkət tapılmadı

Novruz Məmmədov niyə istefa verib? (AÇIQLAMA)

“Ukrnafta” Rusiyanın “Tatneft” şirkətinin aktivlərini idarə etməyə başlamaq istəyir

Daha bir jurnalist vəzifəyə təyin olundu (FOTO)

Daha bir jurnalist vəzifəyə təyin olundu (FOTO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin