BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
47534

15 ilə yaxın kolxozda sürücü işləyir. Sonra qərar verir ki, bir məkan açıb işlətsin. Əlində istədiyi yeri açmaq üçün pul olmasa da, dost-tanışdan borc götürür və başlamaq üçün bir yer ala bilir. Söhbət 2005-ci ildən gedir, 19 il keçib. Deyir ki, biznesi 15-16 ildəkindən çox son 2-3 ildə - torpaqlarımız işğaldan azad olunandan sonra inkişaf edib. Söhbət Valyuta.az-ın müsahibi Füzulidə yerləşən “Vətən bağı” yolüstü restoranının sahibi Vətən Quliyevdən gedir.

- Vətən bəy, siz Füzulidən qaçqın düşənlərdən idiniz?

- Mən 1960-cı ildə Füzuli rayonunun Üçüncü Mahmudlu kəndində anadan olmuşam. Füzuli işğal olunanda, bizim kəndimiz də alındı, qaçqın olduq, çox çətinliklər gördük. Füzulidən çıxanda, İmişlidə məktəbdə qaldıq, sonra Füzulinin Azərbaycanda qalan ərazilərinə köçdük. Füzuli işğaldan azad olunandan sonra isə öz torpaqlarımıza dönmüşük. Zobucuq qəsəbəsində yaşayırıq.

- Bu məkanı açmamışdan öncə işiniz nədən ibarət idi?

- Əsgərlikdən gələndən sonra 15 ilə yaxın kolxoz sürücüsü olmuşam. Sonra artıq öz məkanımın olmasını istədim. 2005-ci ildə indiki “Vətən bağı”nın ərazisini aldım, dedim öz işimi qurum. Yeri almaq üçün əlimdə ciddi pulum da yox idi. Lazım olan pulun daha çox hissəsini borc aldım, dost-tanışlar, qardaşlar köməklik etdilər.

- O adamlar sizə niyə o məbləği borc verdilər?

- Məni tanıyırdılar və bilirdilər ki, işləyən adamam.

- Və başladınız...

- Əlimdəki pulu xərcləmişdim, borc imkanlarının da hamısından istifadə etmişdim. Ona görə, işə yatırmaq üçün əldə vəsaitim yox idi. Dostum gəlib gördü ki, məkanı almışam, amma qonaqların oturması üçün stollar yoxdur. Dostum həmin gün bir yük maşını stol düzəltdirib gətirmişdi.

- İlk vaxtlar neçə nəfər qonaq qəbul etmək imkanınız var idi?

- Balaca yer idi, 2-3 stolluq qonaq qəbul edirdim.

- Hansı yeməklərlə başladız?

- Balıq məkanı kimi başlamışdıq. Burda hovuz düzəltmişdim, balığı diri halda hovuza yığırdım, müştərilər gələndə, təzə balığı bişirib verirdim. Özüm də aşpazlıq edirdim. O vaxt oğlanlarım balaca idi, elə onlar da əlimin altında işləyirdi. Bir yerdə işləyirdik. 2 il sırf balıq məkanı olduq, zamanla yemək sayını artırdıq.

- 2-3 stolluq yerdə ilk vaxtlar gəlir də çox olmazdı. Gəlirin az olması həvəsdən salmırdı?

- “Nə olsa, qənimətdir” deyirdik. Öz yerimiz idi, kirayə vermirdik, vergimizi ödəyirdik. Ona görə gəlir az olanda, aza qane olurduq.

- Bəs zamanla məkan necə böyüdü?

- Dediyim kimi, 2 il balıq verirdik və məkan da balaca idi. Zamanla yemək sayını artırdıq, işimiz nisbətən böyüyürdü. Amma biznesim son 2-3 ildə 16-17 ildəkindən çox böyüdü. Müharibədən sonra Füzuli və ümumi torpaqlarımız işğaldan azad olundu. Qarabağa gediş-gəliş artdı, mənim restoranımın müştəriləri də çoxaldı. Mən də hiss etdim ki, artıq işi böyütmək olar. Dövlətə müraciət etdim, 30 min manat güzəştli kredit verdilər. Buranı böyütdüm. Qubadlı, Zəngilan, Laçın, Şuşa və s. rayonlarımıza gedənlər burdan keçirlər. Çox vaxt qonaqlar tanışlarının məsləhəti ilə gəldiklərini deyirlər. Eşidirlər ki, “Vətən bağı”nda yaxşı yemək verirlər, gələndə burda düşürlər.

- Yeməklərlə bağlı nələrə diqqət edirsiniz ki, insanlar bir-birinə məsləhət görürlər?

- Hər məhsulun keyfiyyətlisini, yaxşısını alıram. Ət alırıqsa, ən yaxşısı olsun. Səhər 6-da oyanıram, restoran üçün alış-veriş edirəm. Hər bir məhsulu özüm alıram, öz nəzarətimdə olur. Oğlanlarım da mənim yanaşmamı görüblər deyə, onlar hətta məndən də həssas yanaşırlar.

- Dediniz ki, ilk vaxtlar aşpazlığı özünüz edirdiniz. Nə qədər müddət belə davam etdi?

- Balıq verdiyimiz zaman onu özüm bişirirdim. Sonra kababları əlavə etdik, onları da bişirə bilirdim. Bir zaman gəldi, gördüm ki, tək çatdırmıram və maaş verə bilərəm, onda bir kababçı götürdüm. İlk vaxtlar kababçı götürsəydim, əldə pul qalmayacaqdı. Dedim özümüz bişirək, əldə 5-10 manat qalsın ki, işin böyüməsinə xərcləyək.

- Azərbaycanda yolüstü restoranlarla bağlı narazılıq çoxdur. Yemək gec hazır olur, ofisiant gec gəlir, yolaverdi işləyirlər və s. Bu problemləri necə həll edirsiniz?

- Həlli odur ki, işimin başında oturmuşam. Həmişə burdayam. Otaqların birində oturub nəzarət edirəm. Kimlər gəldi? Kimlər qulluq edir? Sifarişi nə vaxt götürdü? Nə vaxt çatdırdı? Ofisiantlarımın hamısı ailəlidirlər. Ailə, çörək qədri bilənlərdir. Gündə 3 dəfə yemək veririk. Əməkhaqqından əlavə siqaretlərini, konturlarını özüm alıram. Ona görə işçi həm məni qoyub başqa restoranlara getmir, həm də işimi yaxşı görür. Çalışır ki, yaxşıdan da yaxşı olsun. Ona görə Bakıdan çıxan müştərilər zəng vururlar ki, əmi, bizə yemək hazırla, gəlirik. Çünki yeməklərimizin dadını və xidmətin keyfiyyətini görürlər, növbəti dəfə artıq rahatlıqla gəlirlər.

- İşçilərinizin getməmələrinə diqqət edirsiniz?

- Əvvəldən mənimlə işləyən aşpazlarla işləyirəm. Aşpazım 15 ildir burdadır. İş yoxdursa, mən onların pulunu verirəm ki, getməsinlər. Arada pandemiya oldu, mən işçilərin evi üçün hər şey etdim. Diqqət edirəm ki, yaxşı işçilər bizi tərk etməsinlər. Mən işçilərimə qarşı diqqətliyəm.

- Yolüstü restoranlardan şikayətlərdən biri də yemək çeşidinin az olması, ancaq kabablara üstünlük verilməsidir.

- Bizdə yemək çeşidi çoxdur. Hər bir yeməyi edirik.

- Məkanı almaq üçün götürdüyünüz borcları ödəmisiniz?

- Hissə-hissə qaytardım. Qısa müddətdə olmadı, illəri aldı, amma borcum qalmayıb.

- 30 min manat kredit götürmüşdünüz. Hələ ödəyirsiniz?

- Xeyr, o da bitib.

- İndi bir dəfəyə nə qədər qonaq qəbul edə bilərsiniz?

- Yer olaraq 70-80 nəfər qəbul etmək olar, ancaq onun üçün lap çox işçi olmalıdır. 30-a qədər qonaq olarsa, gücümüz yetər.

- Bəs qış ayları üçün qapalı məkanda qonaq qəbul etmə imkanı necədir?

- 8 otağım var.

- Hər gün müştəriniz olur?

- Müştəri olmayan günlər də olur. Keçən 1-ci gün müştəri olmadı. Yerimizin icarə olmamağı o cəhətdən yaxşıdır ki, bir gün qazanmayanda ciddi itki olmur. Dünən qazandığını bu gün ofisianta verirsən.

- Bu gün də aşpazlıq edirsiz?

- Hər gün kababçının yanındayam, amma ehtiyac olanda, özüm də bişirə bilərəm. Oğlanlarım da bişirə bilirlər.

- Gün ərzində neçə saat burda olursunuz?

- 6-da alış-verişə gedirəm, 7-dən burda oluram. Axşam 10-a qədər burda oluram.

- Yorulmursuz?

- Arada gəzib gəlirəm. 2-3 gündən bir səhər 10-da gedib Füzulidən bulaq suyu gətirirəm. Çayımız Füzulidən gətirilən bulaq suyu ilə hazırlanır.

- Yorulmursunuzsa, deməli, bu işə həvəsiniz çoxdur.

- Mən işdə istirahət edirəm.

- Divan olan bir kabinetiniz var?

- (Gülür) Yox, kabinetim yoxdur. Elə stollarda otururam.

- Evdəkilər sizin bu rejiminizdən şikayət etmirlər?

- O qədər edirlər. Nəvələr axtarırlar, amma bir yola çıxmışam, iş də məsuliyyətdir.

- Vətən bəy, öz məkanını açmaq necədir?

- Əladır, amma məkan özünün olsun. Kirayə verməsən, daha rahat olarsan, ailəni dolandıra bilərsən. Bir də işləməyə həvəsli olmalısan. 2005-ci ildən bu yana burda hansı iş görülübsə, hamısında özüm iştirak etmişəm. Burda hər bir tikinti işində usta ilə yarı işləmişəm. İşdən qaçan adam deyiləm. Bir də təmizlik məsələsini nəzərdə saxlamalısan. Yoxsa müştəri gəlməyəcək, gəlsə də davamlı olmayacaq.

Aygün Asimqızı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sabahın hava proqnozu

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (FOTO)

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"

Abşeron və Qaradağda tikilməkdə olan ev və obyektlər söküldü (VİDEO)

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Qaxa dolu düşdü, yağış suları həyətlərə doldu (FOTOLAR)

Sabah hava necə olacaq?

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin