Bazarda qiymətlər necədir, vətəndaş nə deyir? (VİDEO)
Mövsümlə əlaqədar bazarlarda meyvə-tərəvəz məhsullarının bolluğu yaşanır. Bəzi alıcılar qiymətlərin mağazalarla müqayisədə normal olduğunu deyirlər. Satıcılar da əvvəlki günlərlə müqayisədə qiymətlərin düşdüyünü deyirlər.
Məhsul bol, çeşidlər rəngarəng, qiymətlər müxtəlif. Bura paytaxtın "8-ci kilometr" adlanan bazarıdır. Bazarda mövsümi meyvə və tərəvəzlərin bolluğu yaşanır. Bir həftə-10 gün əvvəl qiyməti ceyran belinə minən pomidor xeyli ucuzlaşıb.
Ancaq alıcılar arasında bəzi satıcıların müştəri aldatmalarından şikayət edənlər də oldu.
Satıcılar qiymətlərin əvvəlki günlərdən müqayisədə düşdüyünü deyirlər.
Yaşıl bazarda da satıcılar qiymətlərin düşdüyünü, ancaq buna baxmayaraq alıcıların az olduğunu deyirlər. Satıcılar deyirlər ki, əgər bolluq davam edərsə, meyvə və tərəvəzlərin qiymətləri bir qədər də düşə bilər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay