Kamal Mirzəyev direktor müavini təyin olundu
“Army” marketlər şəbəkəsinin aid olduğu “Army Group” şirkətində rəhbər vəzifəyə təyinat həyata keçirilib.
Valyuta.az xəbər verir ki, pərakəndə biznes mütəxəssisi Kamal Mirzəyev artıq “Army Group”un direktor müavini vəzifəsini daşıyacaq.
Şirkət 2022-ci ili inkişaf ili elan edərək son bir neçə ayda köklü sistem və kadr dəyişiklikləri ilə inkişafında yeni mərhələyə qədəm qoyub. “Army Group”un yaxın planları böyümək, marketlərin sayını artırmaqla bağlıdır. Hazırda “Army” markası adı altında 5 supermarket və 1 express market Bakı və Sumqayıt sakinlərinə xidmət edir. Bundan əlavə şirkətin daxilində 10 qeyri-qida məhsulları təklif edən mağazalar fəaliyyət göstərir.
Pərakəndə biznes sahəsində 10 ildən çox təcrübəsi olan Kamal Mirzəyev bir neçə ay əvvəl OBA marketlər şəbəkəsindən “Army Group”a keçərək burada Biznesin İnkişafı departamentinin diektoru kimi çalışmağa başalyıb. Daha əvvəl isə “Araz” Supermarketlər şəbəkəsində, “Azersun” Holdinqdə marketinq, satış, əməliyyatlar, strateji planlama şöbələrində işləyib. İqtisad Universitetində (UNEC) bakalavr və MBA təhsili alan Kamal Mirzəyev həmçinin Niderland Marketinq Akademiyasının NIMA-A kursunun məzunudur. O, bəzi təlim mərkəzlərində pərakəndə işinin təşkili sahəsində təlimlər keçir və şirkətlərə bu mövzuda konsultasiya xidmətləri göstərir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay