Sahibkarların maliyyə resurslarına çıxışı təmin olunacaq - mexanizmlər hazırlanır
Hazırda sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən yeni maliyyə mexanizmləri işlənib hazırlanır.
Valyuta.az xəbər verir ki, bu barədə Fondla Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə keçirilən "Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi" mövzusuna həsr olunan vebinarda bildirilib.
Vebinarda qeyd edilib ki, yaxın gələcəkdə sahibkarlar bu məhsul və xidmətlərdən istifadə imkanı əldə edəcəklər.
Milli Konfederasiyanın nümayəndəsi bu cür tədbirlərin sahibkarlar arasında maarifləndirmə işinin həyata keçirilməsində əhəmiyyətini və gələcəkdə də davam etdirilməsinin zəruriliyini qeyd edib.
Qeyd edək ki, vebinarda 30-dan artıq sahibkar və biznes assosiasiyalarının nümayəndələri iştirak edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay