Nəsib Həsənov Gürcüstandakı "Caucasus Online" şirkətinin tam sahibi oldu
Azərbaycanın "NEQSOL Holding" şirkəti Gürcüstanın telekommunikasiya sahəsində aparıcı şirkət olan "Caucasus Online" şirkətinin səhmlərinin 100 %-nin sahibi olub.
"Report" xəbər verir ki, bir neçə gün öncə şirkətin sahibi Xviça Makatsariya səhmlərin yerdə qalan 51 %-ni azərbaycanlı investor Nəsib Həsənova təqdim edib.
Səhmlərin 49 %-i Azərbaycan şirkətinə 2019-cu ildə keçib.
2006-cı ildə yaradılan "Caucasus Online" bölgənin aparıcı telekommunikasiya şirkətidir. Şirkət 2008-ci ildən Avropadan Cənubi Qafqaz və Xəzər dənizi bölgəsinə internet tranzitini həyata keçirən Qara dənizin dibi ilə keçən 1 200 kilometrlik sualtı fiber-optik kabelin yeganə sahibidir. "Caucasus Online" yalnız Gürcüstanı deyil, Ermənistan və Azərbaycanın da böyük hissəsini internetlə təmin edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay