Haqsız rəqabət və inhisarçılığa qarşı mübarizə istiqamətində işlər artıb - RƏSMİ
Son dövrlər haqsız rəqabət, inhisarçılığa qarşı mübarizə, istehlakçı hüquqlarının qorunması, keyfiyyət infrastrukturu, eləcə də dövlət satınalmalarında rəqabət mühitinin və şəffaflığın təmin olunması istiqamətində işlər görülür.
Valyuta.az xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli, qurumda Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə keçirilən görüşdə səsləndirib.
Dövlət Xidmətinin rəis müavini bildirib ki, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə sahibkarlar və biznes assosiasiyaları ilə əlaqələrin genişləndirilməsi üzrə yeni istiqamətlər müəyyənləşdirilib.
Alman-Azərbaycan Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Fərid İsayev dialoq formatında tərəfdaşlıq təşəbbüsünün inkişafına dair öz təkliflərini səsləndirib.
Palatanın icraçı direktoru Tobias Bauman isə bu sahədə xarici ölkələrin müsbət təcrübəsinin öyrənilməsi və normativ bazanın təkmilləşdirilməsi üçün əməkdaşlığa hazır olduqlarını vurğulayıb.
Müzakirə formatında keçirilən görüşdə biznes dairələri, sahibkar birlikləri və assosiasiyalarla əməkdaşlığın iqtisadi inkişafa töhfə verdiyi, belə tədbirlərin davamlı olaraq keçiriləcəyi qeyd edilib və suallar cavablandırılıb.
Rövşən Ziya
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay